Yaşadığımız axır zaman və Mehdi (ə.s.) müjdəsi
Axır
zaman dünyanın son dövrlərini ifadə edən
sözdür. İslam əqidəsinə görə, qiyamətdən
əvvəlki bu son dövrdə insanlıq ilk olaraq
böyük bir pozulma ilə qarşı qarşıya qalacaq.
Haqsızlığın, zülmün, aclıq və yoxsulluğun,
əxlaqi pozuntunun, müharibə və
qarşıdurmaların, qarışıqlıq və anarxiyanın
artdığı bu qaranlıq dövr insanların din
əxlaqına yönəlmələri ilə sona çatacaq.
Yoxsulluğun yerini bolluq, haqsızlığın və
zülmün yerini ədalət və anlayış, anarxiya və
qarışıqlığın yerini sülh və etibar alacaq,
dünya tarixdə heç olmadığı qədər gözəllik və
bərəkət içində olacaq. Allah dünyada
aydınlıq və bərəkət üçün hz. İsanın yenidən
dünyaya zühurunu və "Mehdi" sifətini daşıyan
müqəddəs bir şəxsi vəsilə edəcək. Bütün
bunlar bizə peyğəmbərimiz (s.ə.v)
tərəfindən müjdələnən, Quranda da işarə
edilən çox qiymətli müjdələrdir.
Bu saytımızda isə Tövrat, İncil və
Qurani-kərimdə hz. Mehdinin çıxış dövrü olan
axır zaman əlamətlərinə yer verəcəyik.
Həmçinin yəhudilərin "Olam Ha-Ba" (gözlənilən
dünya), isəvilərin "Milenyum" (min il)
olaraq ifadə etdikləri, peyğəmbərimiz hz.
Muhəmmədin (s.ə.v) isə "Qızıl əsr" olaraq
adlandırdığı din əxlaqının hakimiyyət
dövrünün xüsusiyyətlərini araşdıracağıq.
Yəhudi qaynaqlarında təsvir edilən istər
axır zamanda hz. Mehdinin çıxacağı dövrün
əlamətləri, istərsə də hz. Mehdinin
hakimiyyətindəki Qızıl əsr dövrü islami
qaynaqlarda verilən izahlarla çox
bənzərdir. Hər iki dində də insanların din
əxlaqından uzaqlaşacaqları, bu səbəblə bir
çox çətinliklə qarşılaşacaqları, çətin bir
dövrün arxasından gözəl və aydın bir dövrün
başlayacağı ifadə edilir. Eyni şəkildə,
İncildə izah edilən axır zaman əlamətləri və
din əxlaqının hakim olacağı dövrlə əlaqədar
izahların çox hissəsi islami qaynaqlarla
uyğunlaşır.
Bu saytda Quran ayələri, peyğəmbərin (s.ə.v)
hədisləri və islam alimlərinin izahlarından
əlavə, Tövrat və İncildən bəzi hissələri
araşdıraraq hz. Mehdinin çıxışından əvvəlki
dövrün əlamətlərinin müasir dövrə nə qədər
əks olunduğuna birlikdə baxacağıq.
Həmçinin saytda Tövratda bəhs olunan və
hakimiyyət vəd edilən israiloğulları
qövmünün əslində Mehdi camaatı olduğu, Mehdi
camaatını təyin edəcək ünsürün nəsil deyil,
səmimi iman olduğu vurğulanır. Mehdi (ə.s.)
və camaatı Allah üçün etdikləri işlərin
müvəffəqiyyətli olması ilə tanınacaq. Allah
dinini hakim etmək üçün qədərdə kimi vəsilə
etsə, bu xüsusiyyətə malik olanlar da onlar
olacaq.
Əsl din əxlaqının bütün dünyaya hakim olması
və bu sayədə insanların hər cür maddi-mənəvi
çətinlikdən xilas olmaları bütün iman
edənlərin arzusudur. Mehdinin (ə.s.)
çıxışından əvvəl əlamətlərdə göründüyü kimi,
yaşanan bir çox hadisə əsrlərlə gözlənilən
bu mübarək dövrün başladığını göstərir.
Bütün möminlər kimi, bizim də duamız Allahın
bizlərə din əxlaqının dünyaya yayılması üçün
aparılacaq fikri mübarizədə iştirak etmə
imkanı verməsi və bizləri də bu müqəddəs
dövrə şahid etməsidir.
- Yaşadığımız axır zaman və Mehdi (ə.s.) müjdəsi
- Mehdinin (ə.s.) çıxışı bütün müqəddəs kitablarda müjdələnir
- Hz. İbrahimin hənif dininə tabe olmaq
- Axır zamanda dünyaya din əxlaqı hakim olacaq
- Yəhudilərin “Məsih”, müsəlmanların “Mehdi” olaraq gözlədikləri eyni mübarək şəxsdir
- Yəhudi qaynaqlarında hz. İbrahimin nəslinə vəd edilən hakimiyyət və Mehdinin (ə.s.) hz. İbrahimin nəslindən olması
- Tövratda hakimiyyət vəd edilən birliyin xüsusiyyətləri
- Tövratda israiloğulları kimi xitab edilən qövm Mehdi camaatıdır
- Allahın hakimiyyət vədində ölçü irq deyil, saf imandır
- Hz. Mehdi və camaatı qədərdə bəllidir
- Tövratda və digər yəhudi qaynaqlarında Mehdiyə (ə.s.) işarələr
- Yəhudi qaynaqlarında Mehdinin (ə.s.) çıxışından əvvəlki dövr
- Mehdinin (ə.s.) yəhudi qaynaqlarinda təsvir edilən xüsusiyyətləri
- Musəvi qaynaqlarında Mehdinin (ə.s.) hakimiyyət dövrü
- İncildə Mehdiyə (ə.s.) işarələr
- Bütün mövzuları görmək üçün