İncildə Mehdi (ə.s)-ın çıxışından əvvəlki dövr

Axır zaman əlamətləri İncildə bəzən açıq ifadələrlə, bəzən də işari izahlarla açıqlanır. İncildəki bu ifadələrə baxıldığında hz. Mehdinin çıxışından əvvəlki bu dövrdə əxlaqi və ictimai bir pozulma yaşanacağı, böyük döyüşlərin olacağı, dəhşətli fəlakətlərin yaşanacağı, kosmosda fövqəladə hadisələrin meydana gələcəyi, insanların din əxlaqından uzaqlaşacağı, ədalətsizlik və haqsızlığın yayılacağı, səmimi olaraq iman edənlərin incidiləcəyi, dinclik və təhlükəsizliyin yerini xaos və narahatlığın alacağı görünür. İncildəki bu əlamətlərdən bir qismi belədir:

 

1.Dinsizliyin yayılması:

O zaman insanların çoxu imandan sapacaq... (Matta, 24:10)

 

... sonrakı dövrlərdə bəziləri imandan dönəcək. (Timoteosa 1-ci məktub, 2:3)

 

... imandan sapmadıqca... o gün gəlməyəcək. (Səlaniklilərə 2-ci məktub, 2:3)

 

... "Dünyanın son günlərində... Allahsızlığa yönəlib öz istəklərinə görə yaşayanlar olacaq". (Yəhudanın məktubu, 1:18)

 

... həqiqətə qarşı çıxırlar. Düşüncələri korlanmış, imandan uzaqlaşmış insanlardır. (Timoteosa 2-ci məktub, 3:8)

 

  2.Yaradılışın inkar edilməsi:

Belə ki, göylərin Allahın sözü ilə var olduğunu, yerin sudan və su vasitəsi ilə formalaşdığını unudurlar. (Petrusun 2-ci məktubu, 3:5)

 

  3.Allaha şirk qoşulmasının yayılması:

Qalan insanlar, yəni bu bəlalardan ölməmiş olanlar öz əlləri ilə düzəltdikləri bütlərdən uzaqlaşıb tövbə etmədilər. Cinlərə və görməyən, eşitməyən, qızıl, gümüş, tunc, daş, taxta bütlərə ibadət etməkdən imtina etmədilər. (Vəhy, 9:20)

 

Sonrakı dövrlərdə bəziləri imandan irtidad edib (dindən çıxıb), hiyləgər ruhlar və cinlərin öyrətdiklərini dinləyəcəklər. (Timoteosa 1-ci məktub, 4:1)

 

  4.Allahın əmr və qadağalarına tabe olmamaları:

... Rəbbin səlahiyyətini heçə sayırlar... (Yəhudanın məktubu, 1:8)

 

... Günahdan doymazlar... (Petrusun 2-ci məktubu, 2:14)

 

 5.Dini dəyərlərə hörmətin qalmaması:

... Uca varlıqları təhqir edirlər. (Yəhudanın məktubu, 1:8)

 

  6.Dini mənfəətlərinə görə yaşayan  kəslərin ortaya çıxması:

Çünki elə bir zaman gələcək ki, doğrunu eşitməyə dözə bilməyəcəklər. Xoşlarına gələn sözləri dinləyə bilmək üçün ətraflarına öz arzularına uyğun müəllimlər yığacaqlar... (Timoteosa 2-ci məktub, 4:3-4)

 

Çoxlu saxta peyğəmbər törəyəcək və bunlar insanların çoxunu yoldan azdıracaq. (Matta 24:11)

 

7.Dinin əslindən uzaqlaşmaları, bidətlərə tabe olmaları:

Çünki elə bir zaman gələcək ki, təlimə dözə bilməyəcəklər... Qulaqlarını həqiqətin səsinə tıxayacaq, əfsanələrə dalacaqlar. (Timoteosa 2-ci məktub, 4:3-4)

 

... Allahın iman edənlər üçün yaratdığı halal ruzilərdən çəkinməyin lazım olduğunu  buyuracaqlar. (Timoteosa 1-ci məktub, 4:3)

 

8.Fitnələrin artması:

... aranızda yalnış fikir yayanlar kimi. Bunlar... gizlicə aranıza fitnə salacaqlar. (Petrusun 2-ci məktubu, 2:1)

 

İnsanların çoxu da onların pozğunluğuna yönələcək. Onlara görə haqq təhqir olunacaq. (Petrusa 2-ci məktub, 2:2)

 

Pisliklər çoxaldığına görə... (Matta, 24:12)

 

9. Batil inancların yayılması:

...Cadu... etməkdən də tövbə etmədilər. (Vəhy, 9:21)

 

Sonrakı dövrlərdə... hiyləgər ruhları və cinlərin öyrətdiklərini dinləyəcəklər. (Timoteosa 2-ci məktub, 4:3)

 

10. Münafiqlərin artması:

Allah yolundaymış kimi görünüb bu yolun gücünü inkar edənlər olacaq. Belələrindən uzaq ol. (Timoteosa 2-ci məktub, 3:5)

 

11. Səmimi olaraq iman edənlərə əziyyət verilməsi:

Mənim adıma görə kralların önünə çıxarılacaqsınız... Ata-analarınız, qardaşlarınız, qohum və dostlarınız belə sizi ələ verəcək və bəzilərinizi öldürəcəklər. Mənim adıma görə hər kəs sizdən nifrət edəcək... (Luka, 21:12, 16-19)

 

Bütün bunlar doğum sancılarının başlanğıcıdır. O zaman sizi çətinliyə salacaq, öldürəcəklər. Mənim adıma görə bütün xalqlar sizdən nifrət edəcək. (Matta, 24:8-9)

 

... İnsanlar sizi məhkəmələrə verəcək... Mənə görə kralların önünə çıxarılacaq, beləcə onlara şahidlik edəcəksiniz... Mənim adıma görə hər kəs sizdən nifrət edəcək... (Markos, 13:9, 13)

 

12. Pislik edənlərin birlik olmaları.

 

13. Zəlzələlərin artması:

Qorxmayın əsla! Bunların olması lazımdır, amma bu daha son demək deyil... zəlzələlər olacaq. Bütün bunlar doğum sancılarının başlanğıcıdır. (Matta, 24:6-8)

 

Şiddətli zəlzələlər... olacaq. (Luka, 21:11)

 

... günlər gələcək ki, o vaxt burada yıxılmayan ev qalmayacaq. (Luka, 21:6)

 

Elə böyük bir zəlzələ oldu ki, insan dünyada olduğundan bəri bu qədər böyük bir zəlzələ olmamışdır. Böyük şəhər üç yerə bölündü. Xalqlara aid şəhərlər də yerlə bir oldu. (Vəhy, 16:18-19)

 

... bəzən zəlzələlər... olacaq. (Markos, 13:8)

 

14. Qıtlıq olması:

Qorxmayın əsla! Bunlar olmalıdır, amma bu daha son demək deyil... bəzən qıtlıqlar... olacaq. Bütün bunlar doğum sancılarının başlanğıcıdır. (Matta, 24:6-8)

 

... bəzən qıtlıqlar... olacaq. (Luka, 21:11)

 

... qıtlıqla... ölüm saçmaq üçün... dünyanın dörddə biri üzərində səlahiyyət verildi. (Vəhy, 6:7)

 

... qıtlıqlar olacaq. (Markos, 13:8)

 

15. Qasırğa və sunami dalğalarının olması:

... Dünya dənizin və dalğaların uğultusundan çaşqına dönəcək, dəhşətə düşəcək. (Luka, 21:25)

 

16. Vulkanlarının olması:

Dibsiz dərinliklərin quyusundan böyük bir ocağın tüstüsü kimi bir tüstü çıxdı... (Vəhy, 9:2)

 

... Onda göylər böyük səs-küy ilə sarsılacaq və yer və onda olanlar yanıb bitəcək. (Petrusa 2-ci məktub, 3:10)

 

17. Fırtına və şimşəklərin artması:

... O zaman göy gurultusu və uğultular eşidildi, şimşəklər çaxdı və yer sarsıldı. (Vəhy, 8:5)

 

O anda şimşəklər çaxdı, uğultular və göy gurultusu eşidildi. Yer sarsıldı və şiddətli dolu yağdı. (Vəhy, 11:19)

 

18. Şiddətli dolu yağması:

İnsanların üstünə dənəsi təxminən qırx kilo olan iri dolu yağdı. Dolu bəlası elə qorxunc idi ki... (Vəhy, 16:21)

 

19. Təbii fəlakətlərlə dünyanın dəyişməsi:

Bütün adalar, dağlar yox oldu. (Vəhy, 16:20)

 

... Hər dağ, hər ada yerlə bir oldu. (Vəhy, 6:14)

 

20. Torpaq sürüşmələrinin olması:

Dağlara, qayalara: "Üstümüzə düşün!", -dedilər... (Vəhy, 6:16)

 

21. Səmada fövqəladə hadisələrin olması:

... Onda göylər böyük səs-küylə sarsılacaq... (Petrusa 2-ci məktub, 3:10)

 

... göydə fövqəladə nişanələr olacaq. (Luka, 21:11)

 

22. Meteorit yağışlarının yağması:

Əncir ağacı güclü bir küləklə sarsıldığında necə xam əncirlərini tökdüsə, göydəki ulduzlar da eləcə dünyaya düşdü. (Vəhy, 6:13)

 

23. Meteroit düşməsi:

... Göydən yerə düşmüş bir ulduz gördüm... (Vəhy, 9:1)

 

24. Günəş və ayda əlamətlər meydana çıxması:

Günəşdə, Ayda və ulduzlarda nişanələr görünəcək... (Luka, 21:25)

 

O günlərin çətinliyindən sonra Günəş qaralacaq, Ay işığını verməyəcək, ulduzlar göydən düşəcək. (Matta, 24:29; Markos, 13:24-25)

 

... Günəşə insanları odla yandırıb qovurma gücü verildi. İnsanlar qorxunc bir istiliklə qovruldular. (Vəhy, 16:8-9)

 

26. Yanğınların artması:

... Yerin üçdə biri, ağacların üçdə biri və bütün yaşıl otlar yandı. (Vəhy, 8:7)

 

27. Epidemioloji xəstəliklərin olması:

... epidemioloji xəstəliklər... olacaq. (Luka, 21:11)

 

... vəba ilə... ölüm saçmaq üçün dünyanın dörddə biri üzərində səlahiyyət verildi. (Vəhy, 6:7)

 

28. Çəyirtkələrin yayılması:

Tüstünün içindən dünyaya çəyirtkələr yağdı. Bunlara dünyadakı əqrəblərin gücünə oxşar bir güc verilmişdi. Çəyirtkələrə dünyadakı otlara, hər hansı bir bitki və ya ağaca deyil, yalnız alınlarında Allahın möhürü olmayan insanlara zərər vermələri əmr olundu. (Vəhy, 9:3-4)

 

29. Döyüşlər və böyük dəniz qəzaları ilə dənizlərdə canlıların tələf olması:

... Alov-alov yanan dağ kimi böyük bir kütlə dənizə atıldı. Dənizin üçdə biri qana bulandı. Dənizdəki canlı varlıqların üçdə biri öldü... (Vəhy, 8:8-9)

 

... Dəniz ölü qanına oxşar bir qana bulandı və içindəki bütün canlılar öldü. (Vəhy, 16:3)

 

30. İnsanları dəhşətə gətirən fəlakətlərin olması:

Dünyaya baş verən fəlakətlərin qorxusundan insanlar huşlarını itirəcək... (Luka, 21:26)

 

Dünya kralları, böyükləri, zənginləri, güclüləri, azadı, köləsi hər kəs mağaralarda, dağlardakı qayaların arasında gizləndilər... Çünki onların qəzəbinin böyük günü gəldi. Buna kim dözə bilər? (Vəhy, 6:15-17)

 

31. (Kəban anbarı ilə) Fərat çayının suyunun azalması:

Altıncı mələk tasını böyük Fərat çayına boşaltdı. Şərqdən gələn kralların yolu açılsın deyə çayın suları qurudu. (Vəhy, 16:12)

 

Altıncı mələk əlindəki tası Fərat çayı üzərinə boşaldınca çayın suları qurudu. (Vəhy, 16:12)

 

32. Böyük müharibələrin olması:

Müharibə səs-küyləri, döyüş xəbərləri eşidincə qorxmayın. Bunlar olmalıdır, amma bu, daha son demək deyil. Xalq xalqa, dövlət dövlətə müharibə elan edəcək. Bunlar, doğum sancılarının başlanğıcıdır. (Markos, 13:7-8)

 

... Müharibə səs-küyləri, döyüş xəbərləri eşidəcəksiniz. Qorxmayın əsla! Bunlar olmalıdır, amma bu, daha son demək deyil. Xalq xalqa, dövlət dövlətə müharibə elan edəcək... (Matta, 24:6-7)

 

"Müharibə və üsyan xəbərləri eşidincə təlaşlanmayın. Əvvəl bunların olmalıdır. Amma nəticə dərhal olmaz". Sonra onlara belə dedi: "Xalq xalqa, dövlət dövlətə müharibə elan edəcək". (Luka, 21:9-10)

 

33. Dünyada sülhün olmaması:

... dünyadan sülhü itirmək səlahiyyəti verildi. Bunun nəticəsi olaraq insanlar bir-birlərini boğacaqlar... (Vəhy, 6:4)

 

34. Üsyanların artması:

... üsyan xəbərləri eşidincə təlaşlanmayın. Əvvəl bunlar olmalıdır. Amma nəticə dərhal olmaz. (Luka, 21:9)

 

35. Təxribatçıların artması:

Bunlar (dünyanın son günlərində yaşayanlar) nifaq salan... kəslərdir. (Yəhudanın məktubu, 1:19)

 

Dünyaya sülh gətirməyə gəldiyimi sanırsınız? Sizə xeyr deyirəm, mən ayrılıq gətirməyə gəldim. (Luka, 12:51-52)

 

Bundan belə bir evdə beş adam, ikiyə qarşı üç, üçə qarşı iki bölünmüş olacaq... (Luka, 12:52)

 

36. Kin və düşmənçiliyin artması:

Qardaş qardaşını, ata uşağını ölümə atacaq. Uşaqlar ata-analarına baş qaldırıb onları öldürəcək. (Markos, 13:12)

 

... insanlar bir-birlərini boğacaqlar... (Vəhy, 6:4)

 

37. İbadət yerlərinin dağıdılması:

Bəzi kəslər məbədin necə gözəl daş və əhdlərlə bəzəndiyindən danışınca İsa: "Burada gördüklərinizə gəlincə, elə günlər gələcək ki, daş üstündə daş qalmayacaq, hamısı yıxılacaq!", -dedi. (Luka, 21:5-6)

 

38.Ölümlərin artması:

Ölülər diyarı onun ardınca gəlirdi. Bunlara dünyanın dörddə birini qılınc, qıtlıq, vəba və dünyanın vəhşi heyvanları ilə ölümlə təhdid etmək səlahiyyəti verildi. (Vəhy, 6:7)

 

Üçüncü mələk tasını çaylara, su mənbələrinə boşaltdı. Bunlar da qana çevrildi. (Vəhy, 16:4)

 

39.Orta şərqdə qan tökülməsi:

... "Böyük Fərat çayının yanında bağlı olan dörd mələyi hazır et", - dedi. O saat, o gün, o ay, o ili gözləyən dörd mələk insanların üçdə birini öldürmək üçün hazır edildi. (Vəhy, 9:14-15)

 

40.Qüds və ətrafının ordularla əhatə edilməsi:

... Yerusəlimi (Qüdsü) ordularla əhatə edilmiş gördüyünüz zaman... (Luka, 21:20)

 

41.Müharibələrdə texnoloji vasitə və silahlardan istifadə edilməsi:

... Alov, göy yaqut və kükürd rəngində zirehlərlə əhatə olunmuşdular. Atların başları aslan başına bənzəyirdi. Ağızlarından alov, tüstü, kükürd fışqırırdı. İnsanların üçdə biri bunların ağzından fışqıran alov, tüstü və kükürddən, bu üç bəladan öldü. Atların gücü ağızlarında və quyruqlarındadır. Quyruqlarının ucu ilə zərər verərlər. (Vəhy, 9:17-19)

 

... Mən dünyaya alov yağdırmağa gəldim... (Luka, 12:49)

 

42.Cinayətlərin artması:

Adam öldürməkdən... tövbə etmədilər. (Vəhy, 9:21)

 

43.Fahişəliyin yayılması:

... fahişəlik... etməkdən də tövbə etmədilər. (Vəhy, 9:21)

 

... gördükləri xülyalara əsaslanıb öz bədənlərini çirklədirlər... (Yəhudanın məktubu, 1:8)

 

Gözləri zina ilə doludur... (Petrusun 2-ci məktubu, 2:14)

 

 44.Zinanın artması:

Sonrakı dövrlərdə bəziləri imandan irtidad edib (dindən çıxıb), hiyləgər ruhları və cinlərin öyrətdiklərini dinləyəcəklər... Evlənməkdən məhrum edəcəklər... (Timoteosa 1-ci məktub, 4, 1-3)

 

  45.Oğruluğun artması:

... oğruluq etməkdən də tövbə etmədilər. (Vəhy, 9:21)

 

  46.Saxtakarlığın artması:

... Sizinlə yeyib-içərkən öz hiylələrindən zövq alarlar. (Petrusun 2-ci məktubu, 2:13)

 

... pislər və saxtakarlar, aldadaraq və aldanaraq getdikcə daha betər olacaqlar. (Timoteosa 2-ci məktubu, 3:13)

 

47.Vicdanların korlanması:

Yalan danışanların ikiüzlülüyü ilə vicdanları dağlanacaq. (Timoteosa 2-ci məktub, 4:2)

 

Bu mövzuda söyləyəcək çox sözümüz var, amma qulaqlarınız uyuşduğu üçün başa salmaq çətindir. (İbranilərə məktub, 5:11)

 

48.Əxlaqsız və məqsədsiz yaşamaları:

Köpüyünü sovuran dənizin azğın dalğaları kimi ayıblarını ətrafa sovurarlar. Avara ulduzlar kimidirlər... (Yəhudanın məktubu, 1:13)

 

49.Mənəviyyatdan uzaq olmaları:

Bunlar (dünyanın son günlərində yaşayanlar)... müqəddəs ruhdan məhrum kəslərdir. (Yəhudanın məktubu, 1:19)

 

    50.İnsanlar arasında sevginin azalması:

Pisliklərin çoxalmasına görə çoxlarının sevgisi soyuyacaq. (Matta, 24:12)

 

İnsanlar... müqəddəslikdən və sevgidən məhrum... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-3)

 

51.Qəzəbin artması, əfvin qalmaması:

... bir-birlərini ələ verəcək və bir-birlərindən nifrət edəcəklər. (Matta, 24:10)

 

İnsanlar... uzlaşmaz, özünə nəzarət edə bilməyən, azğın və yaxşılıq düşməni olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-3)

 

52.Hörmətin azalması:

İnsanlar... söyüşkən... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-3)

 

53.Uşaqların üsyankar olması:

... Uşaqlar ata-analarına baş qaldırıb onları öldürdəcəklər. (Markos, 13:12)

 

... ata-ana sözü dinləməz... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:3)

 

54.Ailəvi əlaqələrin pozulması:

Ata oğluna qarşı, oğul atasına qarşı, ana qızına qarşı, qız anasına qarşı, qayınana gəlininə qarşı, gəlin qayınanasına qarşı olacaq. (Luka, 12:53)

 

55.İnsanların maddi dəyərlərə düşgün olmaları:

İnsanlar... pul düşkünü... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-3)

 

56.Zənginlərin sərvətlərinin artması:

... Dinləyin indi, ey zənginlər... Son günlərdə sərvətinizə sərvət qatdınız. (Yaqubun məktubu, 5:1-3)

 

57.Zənginlərin daha da zənginləşməsi, kasıbların isə kasıblaşması:

... kimdə varsa, ona daha çox veriləcək və o bolluq içində olacaq. Amma kimdə yoxdursa, özündə olan da əlindən alınacaq. (Matda, 25:28-29; Luka, 19:26)

 

58.Faiz sisteminin və haqsız qazancın yayılması:

Əfəndisi ona: "Ey pis kölə... niyə pulumu faizçilərə vermədin? Mən də gəldiyimdə onu faizi ilə geri alardım". (Luka, 19:22-23)

 

59.İnsanların pozğun və sərxoş olması:

Özünüzə diqqət edin! Ürəkləriniz pozğunluq, sərxoşluq və bu həyatın qayğıları ilə ağırlaşmasın. O gün üzərinizə bir tələ kimi birdən enməsin. (Luka, 21:34-35)

 

... Gündüzlər zövqə dalmağı əyləncə sayarlar. (Petrusun 2-ci məktubu, 21:13)

 

... Avara kimi yeyib-içən bu kəslər bir qara ləkədir... (Yəhudanın məktubu, 1:12)

 

60.Allahın razılığı yerinə dünyəvi istəklərini düşünmələri:

Allahdan çox əyləncəni sevənlər... olacaqlar... (Timoteosa 2-ci məktub, 3:4-5)

 

61.Yalnız öz həvalarına (həvəs və istəklərinə) görə yaşamaları:

... Dünyanın son günlərində... öz istəklərinə görə yaşayanlar olacaq. (Yəhudanın məktubu, 1:18)

 

... öz istəklərinin ardınca gedərlər... (Yəhudanın məktubu, 1:16)

 

... istəkləri ilə yaşayan... ağıldan məhrum heyvanlar kimidir... (Petrusun 2-ci məktubu, 2:12)

 

... dünyanın son günlərində öz istəklərinin arxasınca gedən... kəslər törəyəcək. (Petrusun 2-ci məktubu, 3:3)

 

62.İman etmədikləri üçün ağıldan məhrum yaşamaları:

Amma bu kəslər anlamadıqları hər şeyə söyürlər. Bir tərəfdən də ağıldan məhrum heyvanlar kimi istəkləri onları uçuruma aparır. (Yəhudanın məktubu; 1:10)

 

Amma anlamadıqları mövzularda söyüş söyən bu kəslər həvəsləri ilə yaşayan, tutulub kəsilmək üçün doğulan, ağıldan məhrum heyvanlar kimidir... (Petrusun 2-ci məktubu, 2:12)

 

63.Gördükləri işlərin bərəkətsiz olması:

... Küləyin apardığı yağışsız buludlara, kökündən qoparılmış, payızın meyvəsiz ağaclarına bənzərlər. (Yəhudanın məktubu, 1:12)

 

64.Eqoizmin artması:

İnsanlar özlərini sevən... nankor... olacaqlar. Xain... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-5)

 

... yalnız özlərini bəsləyən çobanlardır... (Yəhudanın məktubu, 1:12)

 

65.Mənfəətçi olmaları:

... öz mənfəətləri üçün başqalarını aldadarlar. (Yəhudanın məktubu, 1:16)

 

66.Acgöz olmaları:

... Ürəyi acgözlüyə alışdırılmış lənətli insanlardır. (Petrusun 2-ci məktubu, 2:14)

 

Acgözlülüklərinə görə uydurma sözlərlə sizi istismar edəcəklər... (Petrusa 2-ci məktub, 2:3)

 

67.Şikayətçi olmaları:

Bunlar həmişə şikayətlənib deyinirlər... (Yəhudanın məktubu, 1:16)

 

68.Səbirsiz olmaları:

İnsanlar... tələskən... olacaqlar. (Timoteosa 2-ci məktub, 32:2-5)

 

69.Pis söz söyləmələri:

... Ağızlarından pis sözlər çıxar... (Yəhudanın məktubu, 1:16)

 

70.Qürurun artması:

İnsanlar... qürurlu... olacaqlar... özünü bəyənmiş... olacaqlar. (Timoteosa 2-ci məktub, 3:2-5)

 

71.Lağın artması:

... Dünyanın son günlərində lağ edənlər... olacaq. (Yəhudanın məktubu, 1:18)

 

... Dünyanın son günlərində... lağ edənlər törəyəcək. (Petrusun 2-ci məktubu, 3:3)

 

72. İnsanların bədbəxt olmaları:

... Dünyadakı bütün xalqlar ağlayacaqlar... (Matta, 24:30)

 

73.Çox çətin hadisələrin yaşanması:

O günlərdə hamilə və əmzikli olanların vay halına! Çünki ö böyük çətinlik və bu qövmə əzab gələcək. (Luka, 21:23)

 

... qorxunc hadisələr... olacaq. (Luka, 21:11)

 

O günlərdə elə qorxunc çətinliklər olacaq ki, dünyanın başlanğıcından bu yana beləsi olmamış, bundan sonra da olmayacaq. (Matta, 24:21)

 

Bunu bil ki, son günlərdə çətin anlar olacaq. (Timoteosa 2-ci məktub, 3:1)

 

... İnsanlar sıxıntıdan dillərini dişlədilər. (Vəhy, 16:10)

 

74.Allaha təvəkkül etməmələri, başlarına gələnlərə görə üsyan etmələri:

Çətinlik və yaralarına görə göyün Allahına söydülər. Etdiklərindən tövbə etmədilər. (Vəhy, 16:11)

  

75.İnsanların qurtuluş üçün ümidlərini itirmələri:

O günlərdə insanlar ölümü axtaracaq, amma tapa bilməyəcəklər və ölüm onlardan qaçacaq. (Vəhy, 9:6)

 

76. Günlərin qısalması:

O günlər qısaldılmasaydı, heç kim xilas ola bilməzdi. Amma seçilmiş olanlar uğruna o günlər qısaldılacaq. (Matta, 24:22)

 

Rəbb o günləri qısaltmasaydı, heç kim xilas ola bilməzdi. Amma Rəbb seçilmiş olanlar üçün, Öz seçdiyi kəslər uğruna o günləri qısaltmışdır. (Markos, 13:20)

 

77. İraqda döyüş olması:

77.1      İraqın bombalanması:

Sonra güclü bir mələk dəyirman daşına bənzər böyük bir daşı qaldırıb dənizə ataraq belə dedi: "Böyüklər şəhəri Babil* də belə şiddətlə atılacaq və bir daha görülməyəcək". (Vəhy, 18:21)

 

*Babil: Hazırda İraq torpaqlarında olan qədim bir şəhər adıdır.

 

77.2 İraq şəhərlərinin yıxılması:

"... böyük Babil yıxıldı!" - deyirdi. (Vəhy, 14:8)

 

... "Yıxıldı! Böyük Babil yıxıldı!...". (Vəhy, 18:2)

 

77.3       İraqda qısa bir müddət ərzində böyük bir dağılma olması:

O böyük zənginlik bir saat içində yox oldu... (Vəhy, 18:17)

 

... Şəhər bir saat içində viranəyə döndü. (Vəhy, 18:19

 

77.4. İraqın kasıblaşması:

Dünya tacirləri onun (Babil) üçün ağlayıb yas tutur. Çünki mallarını satın alacaq kimsə yoxdur artıq. (Vəhy, 18:11)

 

Babildə bu malları sataraq zənginləşən tacirlər şəhərin çəkdiyi iztirabdan dəhşətə düşəcəklər... (Vəhy, 18:15)

 

Deyəcəklər ki: "Ürəyinin istədiyi meyvələr əlindən getdi, bütün qiymətli və göz oxşayan malların yox oldu...". (18:14)

 

77.5. Sənətkarlığın dayanması:

... Artıq səndə mahnı oxuyanların, qaval və şeypur çalanların səsi heç eşidilməyəcək... (Vəhy, 18:22)

 

77.6. İraq xalqının çətinlik içində və bədbəxt yaşaması:

Artıq səndə şam işığı parlamayacaq. Səndə artıq qohum-əqraba səsi eşidilməyəcək. Sənin tacirlərin dünyanın böyükləri idi... (Vəhy, 18:23)

 

78. Dəbbətül-ərzin çıxması:

Bundan sonra başqa bir canavar gördüm. Yerdən çıxan bu canavarın quzu kimi iki buynuzu vardı, amma əjdaha kimi səs çıxarırdı. İlk canavarın bütün səlahiyyətini onun adından istifadə edir, dünyanı və orada yaşayanları ölümcül yarası yaxşılaşan ilk canavara ibadət etməyə məcbur edirdi. (Vəhy, 13:11-12)

 

79. Hz. İlyasın gəlməsi:

... "Həqiqətən də əvvəl İlyas gələr və hər şeyi yenidən nizama qoyar...". (Markos, 9:12)

 

80. Dəccalın ortaya çıxması:

80.1. Dəccalın dinsizliyi yaymaq üçün geniş fəaliyyət aparması:

... Allaha və ibadət edilən hər şeyə qarşı çıxan və Allahın məbədində oturub özünün Allah olduğunu göstərərək özünü ucaldan, fəsad törədən kəs ortaya çıxmadıqca o gün gəlməz. (Allahı tənzih edirik). (Səlaniklilərə 2-ci məktub, 2:3-4)

 

Müqəddəslərlə döyüşüb onları məğlub etməsinə icazə verildi... (Vəhy, 13:7)

 

Allaha söymək, Onun adına və iqamətgahına, yəni göydə yaşayanlara söymək üçün ağzını açdı. (Allahı tənzih edirik). (Vəhy, 13:6)

 

80.2. Din əxlaqından uzaq yaşayan insanları, illüziyalarla yanıldıb aldatması:

Qanunları tanımayan insan (dəccal) aldadıcı möcüzələrlə və məhv olanları aldadan hər cür pisliklərlə, şeytanın fəaliyyəti ilə gələcək" (Səlaniklilərə 2-ci məktub, 2:9-10)

 

İlk canavar (dəccalın) həyata keçirməsinə icazə verilən əlamətlər sayəsində yaşayanları yoldan azdırdı... (Vəhy, 13:14)

 

80.3. Bütün xalqlara təsir etməsi:

... Canavar hər oymaq, hər xalq, hər dil üzərində səlahiyyətli qılındı. (Vəhy, 13:7)

 

80.4. Ölkələrin siyasi və əsgəri güclərindən dəstək alması:

Sonra canavarı (dəccalı), dünya krallarını və onların ordularını atlıya və Onun ordusuna (Allaha tabe olanlara) qarşı döyüşmək üçün toplanmış gördüm. (Vəhy, 19:19)

 

80.5. Dinsiz ideologiyalardan böyük dəstək alması:

Düşüncə birliyində olan bu krallar güclərini və səlahiyyətlərini canavara verəcəklər. (Vəhy, 17:13)

 

80.6. Hz. Mehdinin çıxışına qədər dinsizlik fəaliyyətini davam etdirməsi:

Bəli, dəccaliyyətin gizli gücü bu anda belə təsirlidir... Dəccal ortaya cıxacaq... İsa (ə.s.) onu nəfəsi ilə öldürəcək, gəlişi ilə yox edəcək. (Səlaniklilərə 2-ci məktub, 2:7)

 

80.7. Hz. Mehdinin çıxışı yaxınlaşdıqca, şeytani fəaliyyətlərin çoxalması:

Böyük əjdaha " iblis və ya şeytan deyilən, bütün dünyanı azdıran o qədim ilan mələkləri ilə birlikdə dünyaya atıldı... Çünki iblis zamanının az olduğunu bilərək böyük bir qəzəblə üzərinizə endi. (Vəhy, 12:9, 12)

 

80.8. İmanı zəif bütün insanları öz təsirinə salması:

... Bütün dünya qarışıqlıq içində canavarın ardınca getdi. (Vəhy, 13:3)

 

... Məhv olanlar həqiqəti sevmədikləri və xilas olmağa yanaşmadıqları üçün məhv olurlar. Bu səbəblə, Allah yalana aldanmaları üçün onların üstünə fikirlərini yanıldıcı güc göndərir. (Səlaniklilərə 2-ci məktub, 2:10-11)

 

Dünyada yaşayan... hər kəs ona ibadət edəcək. (Vəhy, 13:8)

 

80.9. Şeytanın əmri ilə fəaliyyət göstərməsi:

Qanun tanımayan insan (dəccal) ... hər növ pis işlərlə, şeytanın fəaliyyəti ilə gələcək... (Səlaniklilərə 2-ci məktub, 2:9-10)

 

80.10. Təxribat törətməsi:

Sonra qanun tanımayan insan (dəccal) ortaya çıxacaq... (Səlaniklilərə 2-ci məktub, 2:8)

 

80.11. Müharibə və fitnə-fəsad çıxarması:

İnsanların gözü qarşısında göydən yerə alov yağdıracaq. (Vəhy, 13:13)

.... Əjdahanın, canavarın və yalançı peyğəmbərin ağzından qurbağa qılığına girmiş üç ədəd pis ruhun çıxdığını gördüm. Möcüzələr yaradan bu pis ruhlar dünyada hökm sürən bütün krallara gedərək onları döyüşə çağırdılar. Gücü sərhədsiz olan Allahın böyük günündə... bu kralları ibranicə Armaqeddon (Meqiddo dağı) deyilən yerə yığdılar. (Vəhy, 16:13-16)

 

80.12. Dəccalın nəhayət məğlub olması:

... məhv olacaq olan dəccal ortaya çıxmadıqca o gün gəlməyəcək. (Səlaniklilərə 2-ci məktub, 2:3)

 

81. Yəcuc və Məcuc qövmünün ortaya çıxması:

81.1. Çoxmillətli birlik olmaları:

Dünyanın dörd tərəfindəki xalqları (Qoq və Maqoqu) azdırmaq, savaşmaq üçün bir yerə yığmaq niyyətilə zindandan çıxacaq. Toplananların sayı dəniz qumu qədər çoxdur. (Vəhy, 20:8)

 

81.2.  Saylarının çox olması:

... toplananların sayı dəniz qumu qədər çoxdur. (Vəhy, 20:8)

 

81.3. Fitnə-fəsad çıxarmaları:

Dünyanın dörd bir tərəfindən gələrək müqəddəslərin qərargahını və sevilən şəhəri əhatə etdilər... (Vəhy, 20:9)

 

81.4. Şeytanın əmri ilə hərəkət etməsi:

Onları azdıran iblis isə... (Vəhy, 20:10)

 

81.5. Kütləvi həlak olmaları:

... Amma alov yağdı, onları yandırıb yox etdi. (Vəhy, 20:9)

 

82. Hz. İsanın yenidən dünyaya gəlməsi:

İsa bunları söylədikdən sonra onların gözləri qarşısında göyə qaldırıldı. Bir bulud onu götürüb gözlərinin qarşısından uzaqlaşdırdı. "Ey cəliləlilər, niyə göyə baxırsınız?" - deyə soruşdular. "Göyə qaldırılan İsanı necə gördünüzsə, eyni şəkildə geri gələcəkdir". (Elçilərin işləri, 1:9-11)

 

İkinci dəfə... qurtuluş gətirmək üçün özünü gözləyənlərə görünəcək. (İbranilərə məktub, 9:28)

 

Bu zaman mübarək ümidimizin gerçəkləşməsini, İsa Məsihin gəlməsini gözləyirik. (Pavlusun Titusa məktubu, 2:13)

 

Bütün bunlar İsa göydən gəlib göründüyü zaman olacaq. (Səlaniklilərə 2-ci məktub, 1:7)

 

Dünyanın yaranmasından bəri tanınan Məsih dünyanın sonunda sizin faydanız üçün zühur etdi. (Petrusa 1-ci məktub, 1:20)