Yəhudi qaynaqlarında Mehdi (ə.s)-ın çıxışından əvvəlki dövr

Yəhudilərə görə Mehdi gəlmədən əvvəlki dövrdə dünyaya dinsizlikdən qaynaqlanan əxlaqi tənəzzül hakim olacaq. İnsanlarda utanma hissi azalacaq, zülm və qürur artacaq, mərhəmətli insan qalmayacaq, dindarlar çox az olacaq, küfr və fitnə yayılacaq, digər tərəfdən fəlakətlər, zülm və müharibələr bir-birini izləyəcək, torpaqların bərəkəti azalacaq, bahalılıq, qıtlıq və yoxsulluq artacaq.

 

Yəhudilər tərəfindən müqəddəs qəbul edilən qaynaqlarda hz. Mehdinin çıxışından əvvəlki dövrün xüsusiyyətlərindən bəziləri belə bildirilir:

 

1.    Axır zamanda əlamətlərin meydana çıxması:

  ... bütün millətləri və dilləri bir yerə yığacağım vaxt gəlir və gəlib. Mənim izzətimi görəcəklər. Və aralarına bir əlamət qoyacağam. (Yeşaya, 66:18-19)

 

2.    Ateizmin yayılması:

  Peyğəmbər də, kahin də Allahsızdır, məbədimdə belə pis əməllərini gördüm-deyir Rəbb. (Yeremya, 23:11)

 

3.    Din əxlaqından uzaqlaşmaq:

 (Mehdinin) gələcəyi nəsildə... Haqdan uzaqlaşacaqlar... (Talmud, Sanhedrin 97a)

 

4.    Dindarların xor görülməsi:

  ... pis əməllərdən uzaq olan adam özünü ov edəcək... Pisliyi tərk edən adamı öz xalqı lağa qoyacaq. (Talmud, Sanhedrin 97a)

 

5.    Pis insanların təqdir olunması:

  ... sizlər ki, yaxşıdan nifrət edərsiniz və pisi sevərsiniz... (Mika, 3:2)

 

6.    Dini təhsildən uzaqlaşmaq:

  ... şagirdlərin (Allahın sözünü öyrənənlərin) sayı azalmadıqca (Mehdi) gəlməyəcək... (Talmud, Sanhedrin 97a)

 

7.    Ölkə idarəçilərinin din əxlaqından uzaqlaşması.

 

8.    İdarəçilərin işinin əhli olmaması:

 Uşaqları onlara idarəçi təyin edəcək, kiçik uşaqlar onlara hakim  olacaq. (Yeşaya, 3:4)

 

9.    Qadın idarəçilərin artması:

  ... Uşaqlar onları əzir, qadınlar onu idarə edir... (Yeşaya, 3:12)

 

10. Liderlərin öz mənfəətlərini düşünməsi:

 (Mehdinin) gələcəyi nəsil... bu nəslin liderləri itlər kimi davranacaq... (Talmud, Sanhedrin 97a)

 

 ... öndərləri axşam gəzən ac qurdlar kimi səhərə bir şey saxlamazlar. (Sefanya, 3:3)

 

11. Pislərin iqtidar sahibi olması:

  ... Pislik edənləri gücləndirdiklərinə görə, heç kim pisliyindən dönmür... (Yeremya, 23:14)

 

... izlədikləri yol pisdir, güclərindən haqsız yerə istifadə edirlər... (Yeremya, 23:10)

 

İdarəçiləri nərildəyən aslanlar (kimi)... (Sefanya, 3:3)

 

12. Ədaləti qoruyanların qalmaması:

  ... (Mehdi) bütün hakimlər və idarəçilər gedənə qədər gəlməyəcək... (Talmud, Sanhedrin 98a)

 

13. Bahalığın artması.

 

14. Kasıblığın artması.

   

15. Haqsız qazancın artması:

  ... Evləriniz kasıblardan zorla götürdüyünüz malla dolu... Nə haqla... kasıbı   soyursunuz? (Yeşaya, 3:14)

 

16. Aclıq və qıtlığın olması.

 

17. Torpaqların bərəkətinin azalması:

  ... yığılası meyvə tapılmayacaq. Gözəl tarlalar, məhsuldar asma bağlar, xalqımın tikan və kol bitmiş torpaqları üçün, şən şəhərdəki xoşbəxtlik dolu evlər üçün sinənizi döyün... (Yeşaya, 32:9-13)

 

Toxumlar kəsəklərin altında çürüdü, taxıl yox oldu, anbarlar boş qaldı, anbarlar yıxıldı... alov otlaqları yox etdi, bütün ağacları qovurdu... (Yoel, 1:17, 19)

 

Tarlalar xarab oldu, torpaq acı çəkir. Çünki taxıl məhv oldu... Arpa, buğda üçün döyünün... çünki tarlaların məhsulu yox oldu. (Yoel, 1:10-11)

 

18. Təmiz su qaynaqlarının azalması:

  ... (Mehdi) xəstə üçün bir balıq tapılmayanadək gəlməyəcək, çünki yazılmışdır ki, o zaman suları dərinlərdə axıdacağam və çayların yağ kimi axmasına səbəb olacağam... (Talmud, Sanhedrin 98a)

 

... axar sular qurudu... (Yoel, 1:20)

 

19. Quraqlığın olması:

  Dünya quruyub büzülür, dünya solub büzülür... (Yeşaya, 24:4)

 

... Otlaqlar qurumuş... (Yeremya, 23:10)

 

... asmalar solmuş idi... (Yeşaya, 24:7)

 

Asmalar qurudu, əncir ağacları quru idi. Nar, xurma, alma, bütün meyvə ağacları qurudu... (Yoel, 1:12)

 

20. Heyvanların tələf olması:

  Heyvanlar necə də inləyir! Mal sürüləri çarəsiz... Qoyun sürüləri pərişan oldu... Yabanı heyvanlar belə sənə səslənir. (Yoel, 1:18-20)

 

... bütün heyvanlar - at, qatır, dəvə, ulaq bənzər bir bəlaya düşəcək. (Zəkəriyya, 14:15)

 

21. Çətin dövr olması:

  ... ən igid əsgər belə fəryad edəcək... Acı və çətinlik, dağıntı və fəlakət, zülmət bir gün olacaq. Buludlu, qapqaranlıq bir gün. (Sefanya, 1:14-15)

 

... getdikləri yol onlar üçün sürüşkən olacaq, qaranlığa düşəcək və orada sürüşüb yıxılacaqlar... (Yeremya, 23:12)

 

 (Mehdi) gəlsin... Bir kimsə tarlaya çıxıb gözətçi ilə qarşılaşdığında sanki bir aslanla qarşılaşmış kimidir. Şəhərə girib vergi yığan birinə yanaşdığında sanki bir ayı ilə qarşılaşmış kimidir. Evinə girib qızlarını və oğullarını aclıq sıxıntısı içində görəndə sanki bir ilan tərəfindən vurulmuş kimidir...

 

 doğum sancısı çəkən bir kimsə gördünmü? Buna görə, hər insanın sanki doğum sancısı çəkən bir qadın kimi əlləri bellərində və üzləri saralmış olacaq... (Talmud, Sanhedrin 98b)

 

22. Bəlaların ard-arda gəlməsi:

 (Mehdinin) gələcəyi nəsildə... imtahan arxasınca imtahan gələcək... (Talmud, Kethuboth 112b)

 

... lənət dünyanı yeyib bitirdi... (Yeşaya, 24:6)

 

Dəhşət xəbərindən qaçan çuxura düşəcək, çuxurdan çıxan tələyə düşəcək... (Yeşaya, 24:18)

 

23. Fitnənin artması:

  ... (Mehdinin) gəldiyi nəsildə... Təxribatçılıq törədən qərarlar daima qüvvədə olacaq... (Talmud, Sanhedrin 97a)

 

... sənə yol göstərənlər səni yoldan azdırır. (Sefanya, 3:12)

 

... Amma hər cür pisliyi etməyə hazır görünürlər. (Sefanya, 3:7)

 

24. Ümidsizliyin hakim olması.

 

25. Fahişəliyin yayılması:

  ... Fahişələrə ödəniş olaraq oğlanları verdilər... (Yoel, 3:3)

 

... ölkə zina edənlərlə dolu... (Yeremya, 23:10)

 

26. İnsanlarda utanma hissinin azalması:

 (Mehdinin) gələcəyi nəsil... atası özünü danladığına görə oğlu utanmayacaq... (Talmud, Sanhedrin 97a)

 

... (Mehdinin) dövründən əvvəlki dövrdə... oğul Rəbbi qarşısında utanmayacaq... (Talmud, Sota 49:2)

 

... Gənc yaşlıya, sadə insanlar üstün əxlaq sahiblərinə pis münasibət göstərəcək. (Yeşaya, 3:5)

 

27. Əxlaqsızlığın artması:

  ... hamısı Sodom kimi... Qomorro kimi oldu... (Yeremya, 23:14)

 

28. Yalan və saxtakarlıqların artması:

  ... yalan arxasındadılar... (Yeremya, 23:14)

 

İnsan insana, qonşu qonşuya haqsızlıq edəcək... (Yeşaya, 3:5)

 

29. Üzlərin zillətli olması.

 

30. Mərhəmət, şəfqət duyğularının korlanması:

 

... (Mehdinin) dövründən əvvəlki dövrdə... heç kimin onlara yazığı gəlməyəcək... (Talmud, Sota 49:2)

 

31. Hörmətsizliyin artması:

  ... (Mehdinin) dövründən əvvəlki dövrdə nalayiq davranışlar çox olacaq... (Talmud, Sota 49:2)

 

32. Üsyankarlığın artması:

  ... (Mehdinin) gələcəyi nəsildə... qızı anasına üsyan edəcək, gəlini qaynanasına üsyan edəcək... (Talmud, Sanhedrin 97a)

 

... (Mehdinin) dövrü gəlmədən əvvəl... oğul atasına, gəlin qaynanasına qarşı olacaq... (Talmud, Sota 49:2)

 

33. Ailəvi bağların zəifləməsi:

 (Mehdinin) dövrü gəlmədən əvvəl...  insanın ailəsi öz düşməni olacaq... (Talmud, Sota 49:2)

 

34. Münafiqlərin artması:

  ... Xainlər xainliklərini davam etdirir. Bəli, xainlər davamlı xainlik edirlər. (Yeşaya, 24:16)

 

35. Elm adamlarının sayının azalması:

 (Mehdinin) gəldiyi nəsildə alimlər az olacaq... (Talmud, Sanhedrin 97a)

 

36. Elm adamlarının korlanması:

 (Mehdinin) gəldiyi nəsildə alimlər muhakimə olunacaq... (Talmud, Kethuboth 112b)

 

... Kahinləri (dini liderləri) müqəddəs olanı pozub, Qanunu (Allahın hökmlərini) təhrif edərlər. (Sefanya, 3:4)

 

37. Müharibələrin  artması:

  ... döyüşmələri üçün bütün xalqları bir yerə toplayacağam... evlər qarət olunacaq, qadınlara təcavüz ediləcək. Şəhərdə yaşayanların yarısı sürgünə göndəriləcək... (Zəkəriyya, 14:2)

 

... göylərdə və yerdə əlamətlər göstərəcəyəm; qan, alov və tüstü dirəkləri. (Yoel, 2:30)

 

38. Orta şərqdə qan tökülməsi:

  ... (Mehdi) nə vaxt gələcək?... Bizə bir işarə söylə... - Paneas* mağarasının suları qana dönüncə... (Talmud, Sanhedrin 98a)

 

*Paneas: İordaniya çayı ətrafında, Qüdsə 200 km uzaqlıqda qədim bir şəhər adıdır.

 

39. Orta şərqdə dağıntının olması:

  ... (Mehdinin) dövrü gəlmədən əvvəl... Cəlilə* dağıdılacaq və Qablan* bölgəsi tərk ediləcək... (Talmud, Sanhedrin 97a; Sota 49:2)

 

* Cəlilə: İordaniya çayının qərbində qalan bölgə. Müasir İsrail və qədim Fələstin torpaqlarını meydana gətirən bölgə.

 

** Qablan: Bu günkü Golan təpələrinin bir qismini əhatə edən, Şimal-qərbi İordaniya və Cənub-qərbi Suriyadakı bölgə.

 

40. Günahsız insanların öldürülməsi:

  ... Günahsız insanların qanı töküləcək. (Yoel, 3:19)

 

41. Mühacirlərin artması

  ... (Mehdinin) dövrü gəlmədən əvvəl... sərhəddəki insanlar kimsənin onlara yazığı gəlmədən şəhər-şəhər gəzəcəklər... (Talmud, Sota 49:2)

 

42. Üsyanların, qiyamların artması:

  ... Üsyanların ağırlığı altında çökəcək və bir daha qalxa bilməyəcək. (Yeşaya, 24:20)

 

43. Qarətlərin olması:

  Dünya tamamilə qarət olunub viranəyə çevriləcək... (Yeşaya, 24:3)

 

... evlər soyulacaq... (Zəkəriyya, 14:2)

 

44. Gənclərin tez yaşlanması.

 

45. Haqqa qarşı çıxanların bədənlərində əlamət olması:

  ... döyüşən bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq: daha sağ ikən bədənləri, gözləri, dilləri çürüyəcək. (Zəkəriyya, 14:12)

 

... Çünki söylədikləri də, etdikləri də Rəbbə qarşı... Üzlərindəki ifadə onlara qarşı şahidlik edər. Sodom kimi günahlarını açıq söyləyir, gizlətmirlər... (Yeşaya, 3:8-9)

 

46. İnsanların bədbəxt olması:

  ... vaxtilə sevincli olanların hamısı inləyir. (Yeşaya, 24:7)

 

... İnsanın sevinci yox oldu. (Yoel, 1:12)

 

... Sevincdən əsər qalmadı, dünyanın coşğusu yox oldu. (Yeşaya, 24:11)

 

... Əylənənlərin səs-küyü dayandı... (Yeşaya, 24:8)

 

47. Din adamlarının ümidsizlik içində olmaları:

  ... Rəbbə xidmət edən kahinlər yas tutarlar. (Yoel, 1:9)

 

Ey kahinlər, yas tutun. Ey xidmət edənlər, ağı deyin... (Yoel, 1:13)

 

48. Şərabın qiymətli sayılması:

 (Mehdinin) gələcəyi nəsildə... şərab qiymətli olacaq... (Talmud, Sanhedrin 97a)

 

49. Günəş və Ay tutulmalarının olması:

 ... Günəş və ay qaralır və ulduzlar işıqlarını gizlədirlər... (Yoel, 3:14-16)

 

Göydəki ulduzlar işıldamayacaq. Doğan günəş qaralacaq, Ay işığını verməyəcək. (Yeşaya, 13:10)

 

Ayın üzü qızaracaq. (Yeşaya, 24:23)

 

50. Zəlzələlərin olması:

  Dünyanın təməlləri sarsılacaq. Dünya tamamilə çatlayıb yarılacaq, sarsıldıqca sarsılacaq. Dünya... yırğalanacaq, bir daxma kimi yellənəcək... (Yeşaya, 24:18-20)

 

... Göy və yer sarsılacaq... (Yoel, 3:16)

 

Bundan ötrü göyləri titrədəcəyəm və... dünya yerindən oynayacaq. (Yeşaya, 13:13)

 

O zaman dünya sarsılıb titrədi. Dağların təməlləri də sarsıldı... Suların dərinlikləri göründü və dünyanın təməlləri açıldı. (Məzmurlar, 18:7, 15)

 

51. Təbii fəlakətlərin artması:

  ... göylərdə və yerdə əlamətlər göstərəcəyəm... (Yoel, 2:30)

 

... Göylərin qapaqları açılacaq. (Yeşaya, 24:18)

 

52. Bir yerdə sel olarkən, digər bir yerdə quraqlıq olması:

  ... (Mehdinin) gələcəyi yeddi illik dövrün sonunda, ilk ildə bu ayə reallaşacaq: Bir şəhərə yağış yağdırarkən, digərinə yağış yağdırmayacağam... (Talmud, Sanhedrin 97a)

 

53. Məhsullara çəyirtkə daraşması:

  Gənc çəyirtkədən qalan məhsulu yetkinləşmiş çəyirtkə yedi, ondan qalanı yumurtadan yeni çıxan çəyirtkə yedi, ondan qalanı da bala çəyirtkələr yedi... Güclü və sayıla bilməyəcək qədər böyük  çəyirtkə ordusu hücum etdi... (Yoel, 1:4-6)

 

54. Ətraf mühitdə natəmizliyin artması:

  Dünyada yaşayanlar onu çirklətdi... (Yeşaya, 24:5)

 

55. Hz. İlyasın hz. Mehdinin qabaqcılı kimi gəlişi:

  ... (Mehdinin) doğum sancıları, �o gün� burada yazılıdır; bu, yazılarkən Allahın böyük və dəhşətli günü gəlmədən əvvəl İlyas peyğəmbəri göndərəcəyəm... (Talmud, Shabbath, 118a)

 

Rəbbin böyük və qorxunc günü gəlmədən əvvəl sizə peyğəmbər İlyası göndərəcəyəm. (Malaki, 4:5)

 

56. İnsanların ruhən qocalmış olmaları.

 

57. İraq torpaqlarında müharibə olması.

   

57.1.    Uzaq ölkələrdən olan İraq torpaqlarında  müharibəyə getmək:

 

... Yeşayanın Babillə* bağlı məlumatı... uzaq bir ölkədən, dünyanın o biri ucundan bütün ölkəni yerlə bir etmək üçün gəlir. (Yeşaya, 13:1, 5)

 

*Babil: Müasir İraq torpaqlarında olan qədim bir şəhər adıdır.

 

57.2. Uşaq və gənclərin ölməsi:

 

Oxları ilə gəncləri parçalayacaq, körpələrə yazıqları gəlməyəcək. (Yeşaya, 13:18)

 

57.3.    Evlərin qarət olunması:

 

... evləri soyulacaq... (Yeşaya, 13:16)

 

57.4.    Çoxlu qan axıdılması:

 

Tutulanın bədəni deşik-deşik ediləcək, ələ keçən qılıncdan keçiriləcək. Balaları gözləri qarşısında parçalanacaq... (Yeşaya, 13:15-16)

 

57.5.    Xalqın qorxu və əzab içində olması:

 

Hər kəsi dəhşət bürüyəcək, hamı əzab və iztirab içində boğulacaq. (Yeşaya, 13:18)

 

57.6.    Xalqın qonşu ölkələrə qaçması:

 

Hər kəs qovulan ceyran kimi, çobansız qoyunlar kimi, xalqına dönəcək, ölkəsinə qaçacaq. (Yeşaya, 13:14)

 

57.7.    Müharibədən sonra şəhərlərin kimsəsizləşməsi:

 

... orada (Babildə) çölün yabanı heyvanları yatacaq və onların evləri bayquşlarla dolu olacaq və orada dəvə quşları yerləşəcəklər və yabanı keçilər orada oynaşacaqlar. Və saraylarında qurdlar və çaqqallar ulayacaq... (Yeşaya, 13:21-22)

 

57.8.    İraq şəhərlərinin yerlə bir olması:

 

... Krallıqların ən gözəli olan Babili də yerlə bir edəcəyəm. (Yeşaya, 13:19)

 

58.   Yəcuc və Məcuc qövmünün ortaya çıxması:

  ... (Mehdinin) doğum sancıları, �o gün� burada yazılıdır... Yəcuc və Məcuc döyüşləri, �o gün� burada yazılıdır. Bu yazılarkən o gündə Məcuc gələcək. (Talmud, Shabbath, 118a)

 

(Dünyadakı zamanın)... bir qismi Yəcuc və Məcuc ilə döyüşərək (keçəcək) və geri qalan (dövr)... (Mehdi) dövrü olacaq... (Talmud, Sanhedrin 97b)

 

58.1. İzdihamlı ordu olmaları:

  ... toplanmış böyük izdihamla birlikdə... (Yezekel, 38:7)

 

... ölkəni əhatə edən bir bulud kimi... (Yezekel, 38:16)

 

... hamısı qılıncdan istifadə edən böyük kütlə... (Yezekel, 38:2, 4)

 

58.2. Çoxmillətli ordu olmaları:

  ... hamısı atlı və bir çox xalqdan ibarət olan böyük bir izdiham... (Yezekel, 38:15)

 

... bütün əsgərlərin və səninlə olan xalqların çox hissəsi: qasırğa kimi gələcəksiniz... (Yezekel, 38:9)

 

58.3.    Silahlı böyük bir orduya sahib olmaları:

  ... bütün ordusu; atları, tam bəzənmiş atlıları, kiçik-böyük qalxanlı, hamısı qılınclı olan böyük kütlə... (Yezekel, 38:4)

 

... hamısı atlı böyük bir izdiham, güclü bir ordu... (Yezekel, 38:15)

 

58.4.    Şimali Asiyadan (Orta şərqin uzaq şimalından) çıxmaları:

  ... uzaq şimaldan gələcəksiniz. (Yezekel, 38:15)

 

... Səni uzaq şimaldan çıxarıb... (Yezekel, 39:2)

 

58.5.    Təxribatçılıq törətmələri:

  ... pis nizamlar hazırlayacaqsan. (Yezekel, 38:10)

 

Deyəcəksən ki... sağlamlıq və təhlükəsizlik içində yaşayan insanların üstünə gedəcəyəm. (Yezekel, 38:11)

 

... Hər kəs bir-birinə qılınc çəkəcək. (Yezekel, 38:21)

 

58.6.    Təcavüzkar, soyğunçu bir ordu olması:

  Deyəcəksən ki... Viran olmuş şəhərlərdə yaşayan xalqı soyub malını qarət edəcəyəm... (Yezekel, 38:12)

 

... (Xalq) �Soymaq üçünmü gəldin? Soyğun malı yığmaq, qızıl, gümüş daşımaq, heyvan, mal aparmaq, bol qənimət əldə etmək üçünmü bu kütləni yığdın?� - deyəcək. (Yezekel, 38:13)

 

58.7.    Dağlarda döyüşmələri:

  Bütün dağlarımda Qoqa qarşı qılınc qaldıracağam... (Yezekel, 38:21)

 

... səni İsrail dağları üzərinə gətirəcəyəm. (Yezekel, 39:2)

... İsrail dağlarında toplanmış, müharibələrədən uzaq qalmış bir ölkəyə hücum edəcəksən... (Yezekel, 38:8)

 

58.8.    Epidemik xəstəlik və fəlakətlərlə həlak edilmələri:

  ... epidemik xəstəliklə, qanla cəzalandıracağam. (Yezekel, 38:22)

 

... onu dəstəkləyən bir çox xalqın üstünə fasiləsiz yağış, dolu, kükürd yağdıracağam. (Yezekel, 38:22)

 

Ölkəni təmizləmək üçün insanlara vəzifə veriləcək... (Yezekel, 39:14)

 

58.9.    Kütləvi ölümlər:

  ... (Xalq) ölkəni təmizləmək üçün onları basdıracaq. Bu yeddi ay davam edəcək. (Yezekel, 39:12)

 

Onları bütün ölkə xalqı basdıracaq... (Yezekel, 39:13)

 

58.10. Çıxdıqları dövrdə böyük bir zəlzələnin olması:

 ... böyük bir yer sarsıntısı olacaq. (Yezekel, 38:19)