Quranda Mehdi (ə.s)-ın gəlişinə və islam əxlaqının hakimiyyətinə işarələr

Quranda hz. Mehdinin gəlişinə işarələr

Hz. Mehdi Peyğəmbərimizin (s.ə.v) çoxlu sayda hədislərində adı, xüsusiyyətləri, köməkçiləri, dövrünün xüsusiyyətləri və görəcəyi işlərlə ətraflı şəkildə təsvir edilmişdir. Peyğəmbərimizin (s.ə.v) hz. Mehdi haqqındakı izahları o qədər ətraflı və açıqdır ki, hz. Mehdi ortaya çıxdığında görənlər bu izahlardan onu dərhal tanıyacaqlar.

 

Bir ayədə kitab əhlinin Peyğəmbərimizi (s.ə.v) "uşaqlarını tanıyırmış kimi tanıyacaqları" bildirilir:

 

 Kitab verdiyimiz şəxslər onu öz oğullarını tanıdıqları kimi tanıyırlar. Onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir. (Bəqərə surəsi, 146)

 

Bu ayə işari mənada hz. Mehdinin tanınmasına da işarə edir. Hz. Mehdi də ortaya çıxdığında insanlar Peyğəmbərin (s.ə.v) izahları ilə onu uşaqlarını tanıyar kimi tanıyacaqlar. (Doğrusunu Allah bilir).

 

Quranda hz. Mehdinin gəlişinə işarə edən ayələrin birində "Hz. Muhəmməddən (s.ə.v) sonra gələcək bir elçi"dən bəhs edilir.

 

Allah bu ayə ilə özlərindən sonra gələcək olan bir elçiyə iman etmələri və ona kömək etmələri haqqında peyğəmbərlərdən söz aldığını bildirmişdir:

 

O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz", - deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab vermişdilər. Allah: "Elə isə şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm", - deyə buyurmuşdu! (Ali-İmran surəsi, 81)

 

Bu ayədə özlərindən söz alındığı bildirilən peyğəmbərlərin adları isə bir başqa ayədə belə açıqlanmışdır:

 

Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq. (Əhzab surəsi, 7)

 

Ayədə: "hz. Nuh, hz. İbrahim, hz. Musa və hz. İsadan" və "Səndən" ifadəsi ilə də "hz. Muhəmməddən (s.ə.v)" söz alındığı bildirilir.

 

Ayə "gələcəyi bildirilən bu elçinin hz. Muhəmməd (s.ə.v) olmadığını və bu şəxsin Peyğəmbərimizdən (s.ə.v) sonra gələcək bir elçi olduğunu" göstərir. (Doğrusunu Allah bilir). Allahın hz. Muhəmməddən (s.ə.v) sonra gələcəyini xəbər verdiyi bu elçi Peyğəmbərimizin (s.ə.v) də hədislərində gəlişini müjdələdiyi "hz. Mehdi" ola bilər. (Doğrusunu Allah bilir).

 

Yuxarıda izah olunan "Əhzab" surəsinin 7-ci ayəsində hz. İsadan da gələcəyi müjdələnən elçiyə kömək edəcəyi haqqında söz alındığının bildirilməsi bu elçinin hz. Mehdi ola biləcəyi haqqındakı qənaəti gücləndirir. Çünki bilindiyi kimi, Peyğəmbərimizin (s.ə.v) hədislərində axır zamanda dünyaya yenidən gələcək hz. İsanın hz. Mehdiyə tabe olacağı və ona dəstək olacağı bildirilir.

 

 Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm!" onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: "Bu, açıq-aydın sehrdir!" - dedilər. (Səff surəsi, 6)

 

Hz. İsa özündən sonra gələcək  bu elçinin adının "Əhməd" olacağını müjdələmişdir. Quranın tamamına baxıldığında Peyğəmbərimizdən (s.ə.v) bəhs edilən ayələrdə "Muhəmməd" adının və ya yalnız "peyğəmbər" ifadəsinin istifadə edildiyi görünür. Quranın heç bir yerində Peyğəmbərimiz (s.ə.v) üçün "Əhməd" adı istifadə edilməmişdir. Bu ad Quranda yalnız bir yerdə və gələcək bir elçinin müjdələndiyi bir ayədə keçir. Bu hal ayədə keçən "Əhməd" adının Peyğəmbərimizlə (s.ə.v) yanaşı axır zamanda gələcək  hz. Mehdiyə də işarə etdiyi qənaətini dəstəkləyir. (Doğrusunu Allah bilir). Həmçinin  əvvəlki ayədə olduğu kimi, bu elçinin adına dair müjdəni də yenə hz. İsanın verməsi də bu istiqamətdəki işari mənanı qüvvətləndirən bir başqa dəlildir.

 

Peyğəmbərimiz (s.ə.v) də hədislərində hz. Mehdinin adı haqqında bu məlumatları vermişdir:

 

... Sizə... adı Əhməd, atasının adı Abdullah olan hz. Mehdini başçı etmişdir. Ona qoşulun. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 31)

 

... Ona qoşulun, o, Mehdidir. Adı da Əhməd bin Abdullahdır... (Qiyamət əlamətləri, mədinəli əllamə Muhəmməd bin Rəsul əl-Hüseyn Əl-Bərzənci, Pambıq nəşriyyat, 8-ci nəşr, səh. 165)

 

Əbu Davud ilə Tirmizinin İbn Məsuddan (ə.s.) nəql etdiklərinə görə, Allahın elçisi (s.ə.v) belə buyurmuşdur: "Onun adı adıma, atasının adı da atamın adına uyğun olacaq...". (Qiyamət əlamətləri, genişlədilmiş 9 -cu nəşr, səh. 159-160)