Musəvi qaynaqlarında Mehdi (ə.s)-ın hakimiyyət dövrü

Musəvilərə görə, hz. Mehdinin gəlişindən sonrakı dövrdə nifrət və müharibələr sona çatacaq, sülh və ədalət təsis ediləcək, sevgiyə əsaslanan bir sistem qurulacaqdır. Həmçinin hz. Mehdi dövründə texnologiya yüksək səviyyədə inkişaf edəcək, şəhərlər gözəlləşəcək, yaşayış səviyyəsi yüksələcək, torpaqlar bərəkətli, su qaynaqları bol olacaq, zənginlik və bolluq olduğu üçün heç kim ehtiyac içində qalmayacaq. İnsanlar əsas olaraq Allaha yaxınlaşmaq üçün səy göstərəcək və maddədən çox mənəviyyata əhəmiyyət verəcəklər. Din əxlaqının hakimiyyəti ilə anlaşmazlıqlar ortadan qalxacaq, insanlar hüzur və etibar içində yaşayacaq və dünya Allahın elmi ilə dolacaqdır.

Musəvilərin "Olam Ha-ba" (Gözlənən dünya) adlandırdıqları hz. Mehdinin hakimiyyət dövrünü izah edən ifadələri hz. Muhəmmədin (s.ə.s.) "Qızıl əsr"i izah edən hədisləri ilə çox uyğundur. Musəvi qaynaqlarında olan bu təsvirlərdən bir qismi bu şəkildədir:

 

Sıxıntıların sona çatması:

 ... Hakim Rəbb bütün üzlərdən göz yaşlarını siləcək... (Yeşaya, 25:8)

 

O zaman korların gözləri, karların qulaqları açılacaq, topallar maral kimi qaçacaq, dilsizlərin dili sevinclə açılacaq... (Yeşaya, 35:5-6)

 

... Onun hakimiyyətində... Ay işıldadıqca sağlamlıq artsın! (Məzmurlar, 72:7)

 

... əmin-amanlıqdan həzz alacaqlar. (Məzmurlar, 37:11)

 

... onlara yük olanı, bellərini döyən dəyənəyi, onlara əziyyət verənlərin çubuğunu parça-parça edəcəksən... (Yeşaya, 9:4)

 

... Allah onlara qəlblərin bütün istəklərini verəcək. (Məzmurlar, 37:4)

 

Əbəs iş görməyəcəklər... (Yeşaya, 65:23)

 

Su qaynaqlarının bollaşması:

 Çılpaq təpələr üzərində çaylar, vadilərdə bulaqlar axıdacağam. Çölü hovuza, quraq torpağı bulağa çevirəcəyəm... (Yeşaya, 41:18-19)

 

... çöldə sular fışqıracaq, çaylar axacaq. Qızğın qum hovuza, susuz torpaq bulağa dönəcək... (Yeşaya, 35:6-7)

 

... dərələrində su axacaq... (Yoel, 3:18)

 

Bolluq və bərəkət olması:

 ... o zaman çöl meyvə bağçasına, meyvə baxçası meşəyə dönəcək. (Yeşaya, 32:15)

 

... Buğdanı çoxaldacağam... ağacların meyvəsini, tarlaların məhsulunu çoxaldacağam. (Yezekel, 36:29-30)

 

Çöl və quraq torpaq sevinəcək, çöl coşub çiyələk kimi çiçəklənəcək. Hər yer çiçəklənib sevinclə coşacaq, sevincini hayqıracaq... çaqqalların yatdığı yerlərdə qamış və ot bitəcək. (Yeşaya, 35:1-2, 35:7)

 

Yaxşı olan hər şey bol olacaq və bütün incəlik və gözəlliklər çox rahat əldə olunacaq. (Maimonides, Mişna Tora, Kralların qanunları 12:5)

 

... Onun günlərində torpaq çiçəklənsin və Ay yox olana qədər əmin-amanlıq olsun. (Məzmurlar, 72:6-7)

 

... təpələrdən süd damlayacaq... (Yoel, 3:18)

 

... ikiqat mülk qazanacaqsınız... (Yeşaya, 61:7)

 

Gün gəlir, Rəbb deyir: "Bağlar salıb meyvəsini yeyəcəklər". (Amos, 9:14)

 

Aclıq və qıtlığın sona çatması:

  Artıq sizə qıtlıq göndərməyəcəyəm... (Yezekel, 36:29-30)

 

... (Mehdi) dövründə tox olmaları qədərlərindədir... (Talmud, Sanhedrin 98b)

 

... tox qarına yatacaqlar... (Sefenya, 3:13)

 

... Yol boyu bəslənəcək, hər çılpaq təpədə otlaq tapacaqlar. Acmayacaq, susamayacaqlar... (Yeşaya, 49:9-10)

 

Meyvə bağçalarının bollaşması:

 (Mehdinin gələcəyi) zamanda, bütün yabanı ağaclar meyvə verəcəklər. (Talmud, Kethuboth 112b)

 

... bağlar salacaqlar... və bağçalar düzəldib onların meyvəsini yeyəcəklər. (Amos, 9:14)

 

... o zaman səhra meyvə bağçasına... dönəcək. (Yeşaya, 32:15)

 

Ateist ideologiyaların puç olması:

 Rəbb ilə çəkişənlər parçalanacaqlar... (1. Samuel, 2:10)

 

Rəbb bütün dünyanın kralı olacaq. O gün yalnız Rəbb, yalnız Onun adı qalacaq... (Zəkəriyya, 14:9)

 

Allaha imanın bütün dünyada hakim olması:

 ... sular dənizi necə doldurursa, dünya da Rəbbin elmi ilə dolacaq... (Yeşaya, 11:9)

 

O dövrdə... Dünyanın tək məşğuliyyəti Allahı tanımaq olacaq... (Maimonides, Mişna Tora, Kralların qanunları 12:5)

 

(Mehdinin) o günlərində elm, hikmət və həqiqət bütün dünyada artacaq, çünki belə deyilmişdir: "Dünya Allahın elmi ilə dolacaq...". (Maimonides, Mişna Tora, Tövbə 9:2)

 

İnsanların Allahın ucalığını gərəyi kimi təqdir etməyə başlamaları:

 (Mehdi)... Yaradıcılarını mümkün olan ən üst səviyyədə anlamaları mümkün olacaq... (Maimonides, Mişna Tora, Krallların qanunları 12:5)

 

... İnsanlar Rəbbin ucalığını, Allahımızın görkəmini görəcək. (Yeşaya, 35:2)

 

O zaman Rəbbin ucalığı görünəcək, bütün insanlar birlikdə Onu görəcək... (Yeşaya, 40:5)

 

İnsanların Allah qorxusu ilə Ona yönəlmələri:

 ... Son günlərdə qorxaraq Rəbbə və Onun yaxşılığına yönələcəklər. (Hoşea, 3:5)

 

Dünyanın dörd tərəfi Rəbbə dönəcək, bütün xalqlar Onun qarşısında əyiləcəklər. Çünki hakimiyyət Rəbbindir... (Məzmurlar, 22:27-28)

 

Allahın bir və tək ilah olaraq xatırlanması:

 ... o gün bir olan Rəbb ucaldılacaq. (Yeşaya, 2:17)

 

Allahın əmr və qadağalarına tabe olunması:

 ... Buyruqlarımı izləyəcək, qaydalarıma tabe olacaq, onları tətbiq edəcəklər. (Yezekel, 37:23-24)

 

... ürəklə Rəbbə qulluq etsinlər, hamısı Rəbbin adını çağırsınlar deyə, qövmlərə təmiz səs verəcəyəm. (Sefenya, 3:9)

 

İnsanların günahdan uzaq, iman təmizliyi ilə yaşamaları:

 ... günah işlədikləri yerlərdən qurtarıb təmizləyəcəyəm... (Yezekel, 37:23-24)

 

Onları mənə qarşı işlədikləri bütün günahlardan təmizləyəcəyəm... (Yeremya, 33:8)

 

Xalqının hamısı doğru insanlar olacaq... (Yeşaya, 60:21)

 

Orada bir yol, bir əsas yol olacaq, "müqəddəs yol" deyə xatırlanacaq, murdar insanlar keçə bilməyəcək oradan. O yol xilas olanların yoludur. O yolda gedənlər axmaq insanlar da olsa, yoldan sapmayacaq. (Yeşaya, 35:8)

 

Salehlər yeri miras alar və onda əbədi olaraq qalarlar. (Məzmurlar, 37:29)

 

Utanmaq yerinə ikiqat qürur tapacaqsınız. (Yeşaya, 61:7)

 

Yalan və saxtakarlığın sona çatması:

 ... (Mehdi dövründə xalq) haqsızlıq etməyəcək, yalan danışmayacaq, kimsəni aldatmayacaq... (Sefenya, 3:13)

 

... Saxta peyğəmbərləri də, çirkli ruhu da ölkədən uzaqlaşdıracağam. (Zəkəriyya, 13:2)

 

... onun günlərində düzgünlük inkişaf etsin... (Məzmurlar, 72:7)

 

Dünyaya ədalətin hakim olması:

 O zaman ədalət səhraya qədər yayılacaq, düzgünlük meyvə bağçasında məskunlaşacaq... (Yeşaya, 32:16)

 

İdarəçilərin ədalətli olması:

 ... öndərlər ədalətlə idarə edəcək. Hər biri küləyə qarşı bir sığınacaq, fırtınaya qarşı bir sığınacaq, səhrada axar su, quraq yerdə kölgə salan böyük bir qaya kimi olacaq. (Yeşaya, 32:1-2)

 

Döyüşlərin sona çatması:

 ... Xalq xalqa qılınc qaldırmayacaq, müharibə üçün təhsil almayacaqlar artıq. (Yeşaya, 2:4; Mika, 4:3)

 

Müharibə avadanıqlarını Efrayimdən, atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş yayları qırılacaq... (Zəkəriyya, 9:10)

 

O dövrdə aclıq  və ya döyüş, həsəd və ya düşmənlik olmayacaq... (Maimonides, Mişna Tora, Kralların qanunları 12:5)

 

Silahlanmanın sona çatması:

 ... silahları yanacaq. Böyük-kiçik qalxanları, yayları, oxları, çubuqları, mizraqları alova atacaqlar... Yandırmaq üçün silahlardan istifadə edəcəklər... (Yezekel, 39:9-10)

 

... İnsanlar qılınclarını çəkiclə döyüb şum dəmiri, mizraqlarını bağça bıçağı edəcəklər... (Yeşaya, 2:4; Mikeya, 4:3)

 

Şiddət və terrorun sona çatması:

 ... kimsə zərər verməyəcək, yox etməyəcək... (Yeşaya, 11:9)

 

... qurdla quzu birlikdə otlayacaq, aslan mal kimi saman yeyəcək. İlanın yeməyi isə torpaq olacaq... (Yeşaya, 65:25)

 

Sülh və etibarlı mühit olması:

 Hər kəs öz çardağının və əncir ağacının altında oturacaq. Heç kim heç kimi qorxutmayacaq... (Mikeya, 4:4)

 

... Doğruluğun məhsulu, sağlamlığın nəticəsi davamlı hüzur və etibarlılıq olacaq. (Yeşaya, 32:16-18)

 

Onun dövründə qurdla quzu bir yerdə yaşaycaq, bəbirlə oğlaq birlikdə yatacaq, buzov, gənc aslan və mal yan-yana dayanacaq, onları kiçik bir uşaq otaracaq. İnəklə ayı birlikdə otlayacaq, balaları bir yerdə yatacaq... Əmzikdəki körpə ilan yuvası üzərində oynayacaq, süddən kəsilmiş uşaq əlini ilan yuvasına salacaq... heç kimə zərər verməyəcək, yox etməyəcək... (Yeşaya, 11:6-9)

 

... onları qorxudan olmayacaq. (Sefenya, 3:13)

 

.... Onu hər yandan əhatə edən düşmənlərindən qurtarıb rahatlığa qovuşduracağam... (1. Salnamələr, 22:9)

 

İnsanların xöşbəxt olması və sevincli şəkildə yaşamaları:

 ... Üzlərində sonsuz sevinc olacaq. Sevinc onların olacaq, kədər və inilti bitəcək. (Yeşaya, 51:11)

 

... Orada şadlıq və sevinc, təşəkkür və əylənmək olacaq. (Yeşaya, 51:3)

 

Əkin biçənlərin sevindiyi, qənimət paylaşanların coşduğu kimi, onlar da sevinəcək sənin qarşında. (Yeşaya, 9:3)

 

... sevinciniz sonsuz olacaq. (Yeşaya, 61:7)

 

İnsanların hüzur və əmin-amanlıq mühitində yaşamaları:

 ... hüzur  və təhlükəsizlik içində olacaq... (Yeremya, 30:10)

 

İnsanlar oraya yerləşib təhlükəsilzik içində yaşayacaq... (Zəkəriyya, 14:11)

 

... şəfa, bol sağlamlıq verib amanlıqda yaşamalarını təmin edəcəyəm. (Yeremya, 33:6)

 

Dolanışıq çətinliyinin olmaması:

 (Mehdi dövründə) insanların ruzi qazanmaları çox asan olacaq... (Maimonides Mişna təfsiri, Sanhedrin 10:1)

 

... Sevgisi səni yeniləyəcək... Görəcəksiniz, sizi yenidən mütərəqqi edəcək... (Sefenya, 3:17, 20)

 

Təhlükə və narahatlığın qalmaması:

 Aslan olmayacaq orada, yırtıcı heyvan o yola çıxmayacaq, orada olmayacaqlar... (Yeşaya, 35:9)

 

... kimsə onu qorxutmayacaq. (Yeremya, 30:10)

 

Yıxılan şəhərlərin abadlaşdırılması:

 ... xarab olan şəhərləri abadlaşdıracaqlar  və orda yaşayacaqlar... (Amos, 9:14)

 

O zaman köhnə xarabalıqları yenidən tikəcəklər, çoxdan viranəyə dönmüş yerləri yenidən quracaq, dağılmış şəhərləri təmir edəcəklər. (Yeşaya, 61:4)

 

... əvvəlki rifahına qovuşduracaq, əvvəllər olduğu halını bərpa edəcəyəm. (Yeremya, 33:7)

 

Qlobal istiləşməyə çarə tapılması:

 ... qovurucu isti və günəş vurmayacaq onları... (Yeşaya, 49:9-11)

 

Yol və körpülərin artması:

 ... Bütün dağlarımı yola çevirəcəyəm, əsas yollarım yüksəldiləcək. (Yeşaya, 49:9-11)

 

Qürurluların yerini təvazökarların alması:

 ... qürurlu, həyasız olanları uzaqlaşdıracağam aralarından... bir daha loğvalanmayacaqlar. (Sefenya, 3:11)

 

Orada yalnız mənim adıma sığınan itaətli və təvazökarları saxlayacağam. (Sefenya, 3:12)

 

İnsanların qüruru qırılacaq... (Yeşaya, 2:17)

 

İnsanların ürəklərinin imanla yumşalması:

 (Mehdinin) o günlərində... "daş kimi qatılaşmış ürəklərinizi bədəninizdən söküb götürəcəyəm". (Maimonides Mişna Tora, Tövbə 9:2)

 

Ağıl və hikmətin artması:

  Düşüncəsizin ağlı hikmətə dönəcək... (Yeşaya, 32:4)

 

(Mehdi dövrü)... ağıllı insanların sayının artacağı bir dövr olacaq... (Maimonides Mişna təfsiri, Sanhedrin 10:1)

 

(Mehdi dövründə)... çox azla çox şey bacaracaqlar... (Maimonides Mişna təfsiri, Sanhedrin 10:1)

 

Batini elmlərin öyrənilməsi:

 O dövrdə... batini həqiqətləri qavrayacaqlar və qavradıqları qədəri ilə Yaradıcının ağlını idrak edəcəklər. Çünki belə yazılmışdır: "Çünki dünya da suyun dənizi örtməsi kimi Allahın elmi ilə dolacaq...". (Maimonides Mişna Tora, Kralların qanunları 12:5)

 

Dəyər mühakimələrinin düzəlməsi:

 Artıq axmağa əsil-nəcabətli, alçağa hörmətli deyilməyəcək. (Yeşaya, 32:5)

 

Şirk qoşmadan iman edilməsi:

 "O gün ölkədən bütlərin adlarını qaldıracağam, bir daha xatırlanmayacaqlar", -deyir hər şeyə hakim Rəbb... (Zəkəriyya, 13:2)

 

Artıq bütləri ilə, iyrənc əməlləri ilə, üsyanları ilə özlərini çirkləndirməyəcəklər... (Yezekel, 37:23)

 

Tövratın əvvəlki halına qaytarılması:

 ... Onun (Mehdinin) dövründə (Tövratın) bütün qanunları əvvəldən olduğu kimi əvvəlki halına gətiriləcək... (Maimonides, Mişna Tora, Kralların qanunları 11:4)