Axırzamanda dünyaya din əxlaqı hakim olacaq

Allah Quranda haqq din olan islam əxlaqını bütün dünyaya hakim edəcəyini, inanan qullarına güc və iqtidar verəcəyini vəd etmişdir. Allahın izni ilə gerçəkləşəcək olan bu vəd Quranda belə bildirilir:

 

Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir! (Nur surəsi, 55) 

 

Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur! (Saf surəsi, 8-9)

 

 Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərin fövqündə  etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!  (Tövbə surəsi, 32-33)

 

Quranda bildirildiyi kimi, islam əxlaqının hakimiyyəti Allahın vədidir. Rəbbimiz bu vədini, şübhəsiz, yerinə yetirəcək. Dünyaya Rəbbimizin qatında haqq olan din əxlaqı hakim olacaq. Bu dinin hz. İbrahimin hənif olan dini, yəni islam əxlaqı olduğu isə son haqq kitab olan Quranda bu şəkildə bildirilmişdir:

 

Allah yanında din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər ancaq bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir. (Ali-İmran surəsi, 19)

 

Həmçinin Quranda möminlərin bir lideri olduğu da bildirilir. Yaşadığımız bu dövrdə (axır zamanda) isə Peyğəmbərimizin (s.ə.v) mütəvatir hədislərində bildirildiyi kimi, islam əxlaqının hakimiyyətində möminlərin lideri hz. Mehdi olacaq.

 

Bir çox hədisdə hz. Mehdinin adının Peyğəmbərimizin (s.ə.v) adına "müvafiq", yəni "uyğun" olacağı da bildirilir. Bu hədislərdən bəziləri belədir:

 

Ey insanlar, şübhəsiz, Allahu-təala zalımları, münafiqləri və onlara tabe olanları əməllərindən daşınmağa çağırmış və sizə ümməti-Muhəmmədin ən xeyirlisini və Məkkədə olanı, adı Əhməd, atasının adı Abdullah olan hz. Mehdini rəhbər etmişdir. Ona tabe olun. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh 31)

 

Göydən belə bir səs eşidiləcək: "Ey insanlar, artıq Allah cabbarları, münafiq və köməkçilərini sizdən uzaqlaşdırdı. Ümməti-Muhəmmədin ən xeyirlisini sizə hakim gətirdi. Məkkədə ona qoşulun. O, Mehdidir. Adı da Əhməd bin Abdullahdır".

 

 Digər bir rəvayət: "Sizə Muhəmməd ümmətinin ən xeyirlisi olan Cabiri təyin etdi. Məkkədə ona qoşulun. O, Mehdidir. Adı Muhəmməd bin Abdullahdır!" (Qiyamət əlamətləri, Mədinəli Əllamə Muhəmməd bin Rəsul əl-Hüseyn əl-Bərzənci, Pambıq nəşriyyat, 8-ci nəşr, səh. 165)

 

Peyğəmbərimizin (s.ə.v) adı olan "Muhəmməd" və hədislərdə Mehdiyə işarə edən "Əhməd" adları ərəbcədə eyni kökdən gəlir: "Əhməd" daha çox təriflənməyə layiq,  ən çox mədh edilmiş olan mənasını verərkən, "Muhəmməd"  dəfələrlə təriflənmiş, mədh edilmiş mənasını verir. Bu səbəbdən, mənaları hədislərdə ifadə edildiyi kimi, bir-birinə "müvafiq", yəni "uyğun"dur. Mövzu ilə əlaqədar işari mənada bir ayədə isə belə bildirilir:

 

"... məndən sonra adı Əhməd olan bir elçinin də müjdələyicisiyəm" demişdi... (Saff surəsi, 6)

 

Yəhudi qaynaqlarında isə bu şəxsə "Məsih" (yaxud müqəddəs hesab edilmiş kral) deyilir. Ancaq əhəmiyyətli olan bu şəxsə nə ad verildiyi deyil. Bu mübarək şəxs müxtəlif şəkillərdə də adlandırıla bilər. Əsas olan Allahın "İslam əxlaqının hakimiyyəti" vədinin gerçəkləşəcəyi və bu hadisəyə vəsilə olacaq xalis möminlərdən bir  qrup və onlara başçılıq edəcək mübarək bir şəxsin olacağıdır.