İncildə Mehdi (ə.s)-a işarələr

İncildə axır zaman və hz. İsanın ikinci gəlişi ilə əlaqədar çox sayda izaha rast gəlmək mümkündür. Müasir İncilin bəzi hissələri pozulmuş olsa da, Quran ayələri və Peyğəmbərimizin (s.ə.v) hədislərinə uyğun qisimlərində hz. İsanın gəlişindən əvvəl və sonra baş verəcək təbiət hadisələri, ictimai hadisələr izah edilir. Peyğəmbərimizin (s.ə.v) bildirdiyi kimi, hz. İsa dünyadakı dinsizliyi təmsil edən dəccal ilə böyük bir mübarizə aparıb onu məğlub edəcək və dünyada din əxlaqının tam olaraq hakim olduğu müqəddəs bir dövrün başlamasını təmin edəcək.

 

Peyğəmbərimizin (s.ə.v) hədislərinə görə, hz. Mehdi hz. İsa ilə görüşəcək, ikisi birlikdə namaz qılacaqlar. Bir rəvayətdə isə hz. Mehdinin hz. İsanı xalqa tanıdacağı nəql edilmişdir. Hz. Mehdi və hz. İsa müəyyən bir dövr dünyada birlikdə hökm edəcəklər və dəccali fikir sistemini də birlikdə ortadan qaldıracaqlar. (Doğrusunu Allah bilir).

 

Hz. İsa ilə hz. Mehdi eyni dövrdə (axır zamanda) birlikdə olacaqları üçün Mehdinin (ə.s.) çıxış əlamətləri kimi, hz. İsanın dünyaya ikinci dəfə gəlişini xəbər verən əlamətlər də ortaqdır. Eyni dövrü təsvir edən bu izahlar həm hz. Mehdinin, həm də hz. İsanın ikinci gəlişinin işarələridir. İncildə verilən xəbərlərin doğruluğundan tam şəkildə əmin ola bilmərik. Lakin İncilin Quran ayələri və Peyğəmbərimizin (s.ə.v) səhih hədisləri ilə uyğun izahları diqqəti xüsusilə cəlb edir.