Quranda və digər islami qaynaqlarda hz. Mehdinin işarələri

Peyğəmbərimiz (s.ə.v) bundan təxminən 1400 il əvvəl müxtəlif əlamətlərlə yaşadığımız dövrə işarə edərək insanların Quran əxlaqından uzaqlaşacaqları bir dövrü, dünyada böyük bir pozulma, fitnə və qarışıqlığın olacağını xəbər vermişdir. Bundan sonra isə Allahın "Mehdi" sifətilə mübarək bir qulunu vəsilə edərək bütün dünyada islam əxlaqını hakim edəcəyini və yaşanan mənəvi pozuntunun yerini gözəl əxlaqa, dinclik, sülh, xöşbəxtlik və rifaha buraxacağını bildirmişdir. Peyğəmbərimiz (s.ə.v) bu dövrdə daha əvvəl Allah qatına yüksəldilmiş olan hz. İsanın da ikinci dəfə dünyaya gələcəyini və hz. Mehdi ilə birlikdə dəccala və onun fikir sisteminə qarşı mübarizə aparacağını xəbər vermişdir. Allahın iznilə dəccaliyət bu müqəddəs dövrdə hz. İsa və hz. Mehdi vəsiləsi ilə  sona çatacaq və təsirsiz hala gətiriləcək.

 

Bu kitabda yer verilən hz. İsa və hz. Mehdinin gələcəyi dövrün əlamətlərinin çox böyük əksəriyyəti reallaşmışdır. Allahın iznilə yaşadığımız bu dövr dəccaliyətin məğlub olacağı, inananların və din əxlaqının dünyada hakim olacağı bir dövr olacaq. İmanın nuru ilə uca Rəbbimiz həqiqi din əxalqını hakim edəcəyini belə bildirir:

 

 Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərin fövqündə etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə surəsi, 32-33)

 

   Bu vəd Allahın təyin etdiyi qədər içində mütləq reallaşacaq. Hz. Mehdi sevimli Peyğəmbərimizin (s.ə.v) vəd etdiyi bütün xidmətlərini yerinə yetirəcək və Allahın iznilə Quran əxlaqını bütün dünyaya hakim edəcək. Bolluğu, bərəkəti, insanlara təmin edəcəyi hər cür rahatlığı və hüzurlu mühiti ilə hər müsəlmanın yaşamaq istəyəcəyi bu dövr iman edən insanlar üçün dünya həyatında çox üstün bir mükafatdır.

 

   Hz. Mehdinin çıxışının müjdə olduğunu Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) "hz. Mehdi ilə müjdələnin. O, Qureyşdən və əhli-beytimdən bir şəxsdir." sözü ilə bildirmişdir. (Kitabül-bürhan fi əlamətil-axır zaman, səh. 13.) 

             Peyğəmbərimiz (s.ə.v) Allahın bir lütf olaraq göndərəcəyi  bu qiymətli şəxsə tabe olmağı isə bir ifadəsində belə ifadə etmişdir:

 

... O (Mehdi) ərzə sahib olar və özündən əvvəl əzab və zülmlə dolu olan ərzi ədalətlə doldurar. Sizdən kim ona yetişsə, qar üzərində sürünərək də olsa gəlsin, ona qoşulsun. Çünki o, Mehdidir. (Axır zaman Mehdisinin əlamətləri, Cəlaləddin Suyuti, səh. 14)