Yəhudi qaynaqlarında hz. İbrahimin nəslinə vəd edilən hakimiyyət və Mehdi (ə.s)-ın hz. İbrahimin nəslindən olması
Hz. İbrahimin nəsli iki oğlu olan hz.
İsmayıl və hz. İshaqla davam etmişdir. Hz.
İshaqın nəslindən olan israiloğullarına
tarix boyu bir çox peyğəmbər gəlmişdir: hz.
Yaqub, hz. Yusif, hz. Musa, hz. Harun, hz.
Yunis, hz. Əyyub, hz. İlyas, hz. Davud, hz.
Süleyman, hz. Zəkəriyya, hz. Yəhya və hz.
İsa. Hz. İsmayılın nəslindən isə islam
peyğəmbəri hz. Muhəmməd (s.ə.s.), onun
ailəsindən gələn imamlar və ən son olaraq da
imam Muhəmməd əl-Mehdi gəlir.
Dolayısı ilə, Tövratda bəhs olunan
israiloğulları, ishaqoğulları və
ismayiloğullarının hamısı
İbrahimin nəslindəndir. Hamısı Allahın
mübarək etdiyi nəsil olan hz. İbrahimin
soyudur. İbrahimi dinlərdə "hidayət verən"
sifəti ilə tanınan, axır zamanda gələcək və
din əxlaqının dünyaya hakimiyyətinə vəsilə
olacaq olan mübarək şəxs də hz. İbrahimin
nəslindəndir. Dolayısı ilə, Mehdi (ə.s.) hz.
İbrahimin nəslindən sayılır.
Allah hz. İbrahimin
nəslinə hakimiyyət vəd etmişdir
Allah hakimiyyətini gerçəkləşdirmək üçün hz.
İbrahim nəslinin iki qolundan gələn son
nümayəndələri qorumuşdur. Axır zamanda
əmrinin gerçəkləşməsi üçün imam əl-Mehdi və
İsa peyğəmbəri birlikdə göndərəcək. Quranda
və peyğəmbərimizin (s.ə.s.) hədislərində
bildirilən bu hakimiyyət dövrü Tövratda hz.
İbrahimin nəslindən gələn bir birliyə vəd
edilir və belə bildirilir:
Səni çox mübarək edəcəyəm, sənin nəslini
göylərin ulduzları kimi, dəniz kənarında
olan qum kimi çoxaldacağam. Sənin
nəslin düşmənlərin qapısına hakim olacaq və
nəslinin vasitəsi ilə dünyada bütün
millətlər xöşbəxt olacaqlar, çünki sözümü
dinlədin. (Yaradılış, 22:17-18)
Və Rəbb Abrama (İbrahimə) dedi ki: ... səni
üstün edəcəyəm və səni mübarək edəcəyəm və
sənin adını məşhur edəcəyəm və səni mübarək
edənləri mübarək edəcəyəm və sənə lənət
edənə lənət edəcəyəm və dünyanın bütün
qəbilələri səndə mübarək olacaq. (Yaradılış,
12:1-3)
Nəslini göydəki ulduzlar qədər çoxaldacağam.
Bu ölkələrin hamısını onlara verəcəyəm.
Dünyada bütün xalqlar sənin nəslin vasitəsi
ilə müqəddəs hesab ediləcək. (Yaradılış,
26:4)
Dünya tozu qədər saysız bir nəslə sahib
olacaqsan. Şərqə, qərbə, şimala, cənuba
doğru yayılacaqsınız. Dünyada bütün xalqlar
sən və nəslin vasitəsi ilə müqəddəs hesab
ediləcək. (Yaradılış, 28:4)
Tövratda dünyanın son dövründə Allaha
könüldən iman edənlərin dünyada güc sahibi
olacaqlarını, din əxlaqının dünyaya hakim
olacağını izah edən hissələrdən bir qismi bu
şəkildədir:
Allah buyurdu:... and olsun ki, bütün dünya
Allahın cəlalı ilə dolacaq. (Saylar, 14:21)
Təvazökarlara gəlincə, onlar dünyanın varisi
olacaqlar... Pislərin biləkləri qırılacaq və
Allah doğruların dayağıdır. Allah salehlərin
günlərini bilir və onların mirası əbədi
olacaq. (Məzmurlar, 37:11, 17-18)
Dünyanın dörd tərəfi də Rəbbə dönəcək,
xalqların bütün nəsilləri Onun qarşısında
əyiləcəklər. Çünki hakimiyyət Rəbbindir... (Məzmurlar,
22:27-28)
Çünki pislərin kökü kəsiləcək, amma Rəbbə
ümid bağlayanlar sevinəcəklər. Yaxında pisin
sonu gələcək, yerini axtarsan da,
tapmayacaqsan. Amma təvazökarlar hüzurun
zövqünü dadacaqlar... (Məzmurlar, 37:9-11)
Çünki pislərin gücü kəsiləcək, amma
doğrulara Rəbb dəstək olacaq... pislər
dağılacaqlar; Rəbbin düşmənləri tarla
çiçəkləri kimi quruyub gedəcəklər, tüstü
kimi dağılıb yox olacaqlar. (Məzmurlar,
37:17-20)
Rəbbə ümid bağla, Onun yolunu tut... Amma
baş qaldıranlardan hamısı yox olacaq...
Doğruların qurtuluşu Rəbdən gəlir... Rəbb
onlara kömək edər, qurtarar onları, pislərin
əlindən alıb azad edər, çünki Özünə
sığınarlar. (Məzmurlar, 37:34, 39-40)
Bunlardan da aydın olduğu kimi, Tövratda
xəbər verilən hakimiyyət müəyyən bir qrupun
və ya irqin digər cəmiyyətlər üzərində güc
və iqtidar sahibi olması deyil, Allahın
bütün insanlara əmr etdiyi həqiqi din
əxlaqının dünyaya hakim olmasıdır. Bununla
yanaşı, Tövratda yəhudilərin sözdə irqi
üstünlüyünə və hakimiyyətinə işarə edən
ifadələr də vardır. Sözü gedən ifadələr
Tövratın endirildiyi dövrdə yaşayan səmimi
möminlərə xəbər verilən müjdələrin səhv nəql
olunmasından və bu səhvlərin Hz. Musanın
ardından Tövrata daxil edilməsindən
qaynaqlanır. Bəzi yəhudilərin bütün bunları
din əxlaqına uyğun olmayacaq şəkildə öz
irqlərinin və ya cəmiyyətlərinin dünyaya
hakim olması şəklində izah etmələri də
həqiqəti əks etdirmir.
Belə ki, islamiyyətdə olan "din əxlaqının
hakimiyyəti" anlayışı da dünyada din
əxlaqının yaşanmamasından qaynaqlanan pislik
və çətinliklərin din əxlaqının yaşanmağa
başlanması ilə ortadan qalxması və gözəl
əxlaqın yayılmasını ifadə edir.
Müsəlmanların arzusu uca Rəbbimizin əmr
etdiyi əxlaqın, yəni birləşmənin, ədalətin,
dürüstlüyün, sədaqətin, bağışlayıcı olmağın,
mərhəmətin insanlar arasındakı
münasibətlərdə əsas olması, hər kəsin
Allahın razılığını qazanmaq üçün ən gözəl
əxlaqı göstərməklə yarışdığı bir mühitin
təsis edilməsidir. Belə bir mühitin təmin
edilməsi, heç şübhəsiz, hər cür problemi
aradan qaldırar. Bu anlayışa sahib olan
müsəlmanların məqsədi güc və iqtidar sahibi
olmaq deyil, Allah özlərinə belə bir nemət
lütf etsə, bu neməti din əxlaqını daha çox
yaymaq üçün ən yaxşı şəkildə istifadə
etməkdir. Möminlərin bu gözəl xüsusiyyəti
bir Quran ayəsində bu şəkildə xəbər
verilmişdir:
O kəslər ki, əgər
onları yer üzündə yerləşdirsək, namaz qılar,
zəkat verər, yaxşı işlər görməyi əmr edib,
pis işlər görməyi qadağan edərlər. Bütün
işlərin sonu Allaha aiddir. (Həcc surəsi,
41)
- Yaşadığımız axır zaman və Mehdi (ə.s.) müjdəsi
- Mehdinin (ə.s.) çıxışı bütün müqəddəs kitablarda müjdələnir
- Hz. İbrahimin hənif dininə tabe olmaq
- Axır zamanda dünyaya din əxlaqı hakim olacaq
- Yəhudilərin “Məsih”, müsəlmanların “Mehdi” olaraq gözlədikləri eyni mübarək şəxsdir
- Yəhudi qaynaqlarında hz. İbrahimin nəslinə vəd edilən hakimiyyət və Mehdinin (ə.s.) hz. İbrahimin nəslindən olması
- Tövratda hakimiyyət vəd edilən birliyin xüsusiyyətləri
- Tövratda israiloğulları kimi xitab edilən qövm Mehdi camaatıdır
- Allahın hakimiyyət vədində ölçü irq deyil, saf imandır
- Hz. Mehdi və camaatı qədərdə bəllidir
- Tövratda və digər yəhudi qaynaqlarında Mehdiyə (ə.s.) işarələr
- Yəhudi qaynaqlarında Mehdinin (ə.s.) çıxışından əvvəlki dövr
- Mehdinin (ə.s.) yəhudi qaynaqlarinda təsvir edilən xüsusiyyətləri
- Musəvi qaynaqlarında Mehdinin (ə.s.) hakimiyyət dövrü
- İncildə Mehdiyə (ə.s.) işarələr
- Bütün mövzuları görmək üçün