Hz. Mehdi və camaatı qədərdə bəllidir

İnsan həm öz qədərinin, həm də dünya qədərinin tamaşaçısıdır. Heç kimin bu qədəri dəyişdirməsi mümkün deyil. Həmçinin bu qədərə etiraz etməsi Allahın vədini və qədərdə təqdir etdiklərinin reallaşmasını qətiyyən dəyişdirə bilməz. Allah kimi seçib kimin vasitəsi ilə dünyaya din əxlaqını hakim etsə, Mehdi (ə.s.) də o şəxs olacaq.

 

Yoxsa heç kim Mehdi olduğunu iddia edə bilməz. Qaldı ki, Mehdilik iddia deyil. Cəhd etməklə və ya çalışmaqla əldə edilən bir mövqe də deyil. Mehdi ola bilmək üçün, bu, insanın qədərində olmalı,  yəni Mehdi olaraq yaradılmalıdır.

 

Hədislərdə və islam alimlərinin izahlarında ifadə edildiyi kimi, hz. Mehdi nəslindən çox fəaliyyəti ilə tanınacaq. Hz. Mehdi və camaatının əsas fəaliyyəti dinsizliklə fikri mübarizə və haqq din əxlaqını bütün dünyaya yaymaq olacaq. Dinsiz və imansız ideologiyaları fikirlə məğlub edən, Allahın varlığının dəlillərini açıq şəkildə göstərən, insanların imanlarına vəsilə olan, din əxlaqını dünyaya yayan şəxs hz. Mehdidir. Bu fəaliyyətlər və işlər olmadan bir şəxsin və ya camaatın hər hansı bir iddiasının mənası yoxdur.