Allahın hakimiyyət vədində ölçü irq deyil, saf imandır

Bəzi yəhudilər Tövratda hakim olacaq birliyin yəhudi irqi olduğunu iddia edirlər. Ancaq axır zamanda reallaşacaq haqq din əxlaqının hakimiyyəti nəsil üstünlüyü ilə deyil, iman və əxlaq üstünlüyü ilə olacaq.

 

Hazırki dövrdə yəhudilərin böyük qisminin belə imana və din əxlaqını dünyaya hakim edəcək əxlaqi üstünlüyə malik olmadıqları aydın görünür. (İçlərindən Allaha səmimi iman edənlərdən başqa). Məlumdur ki, Tövratda bəhs edilən və hakimiyyət vəd olunan birliyin xüsusiyyətlərinə kim sahibdirsə, Allah din əxlaqının hakimiyyətinə onları vəsilə edəcək. Başqa cür desək, din əxlaqını hakim edəcək olanlar: səmimi olaraq iman edən, Allahdan qorxan, Allahın bildirdiyi əxlaqı qoruyan, könüldən təslim olan, şəfqəti, mərhəməti və sevgini yaşayan möminlərdir. Hakimiyyət bir cəmiyyətə və ya bir irqə deyil, səmimi möminlərə vəd edilmiş bir müjdədir.

 

Bir insanın yalnız yəhudi qövmündən olduğu üçün özünə hakimiyyət vəd edildiyini düşünməsi isə çox böyük səhv olar. Önəmli olan bir kimsənin yəhudi olub olmaması deyil, Allaha, din əxlaqına və peyğambərlərə olan bağlılığı, sədaqəti, itaəti və təslimiyyətidir. Bir insan Allahın varlığını qəbul etmirsə və ya Allahın qüdrətini lazımi kimi təqdir edə bilmirsə, dinə inanmırsa, yaxud da din əxlaqını tam mənası ilə yaşamırsa və peyğəmbərlərə inanıb onların mübarək sünnələrini davam etdirmirsə, bu insanın hansı irqə və ya nəslə mənsub olduğunun bir mənası yoxdur. Allaha inanmayan, Ona könüldən təslim olmayan bir kimsənin hz. İbrahimin, hz. Yaqubun, hz. Musanın nəslindən olması bir məna kəsb etməz, çünki bu insan mübarək peyğəmbərləri rədd etmişdir. Bir kimsənin iman sahibi olmadan yalnız peyğəmbərlər nəslindən gəlməsi o şəxsi mübarək etmir. Hz. İbrahimi, hz. İshaqı, hz. Yaqubu və hz. Musanı qəbul etməyən, Allahı sevməyən, Allahdan qorxmayan bir insanın hansı nəsildən gəldiyinin Allah qatında bir əhəmiyyəti yoxdur. Allah Quranda insanı dəyərli edən tək ölçünün təqva olduğunu bildirmişdir:

 

Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat surəsi, 13)

 

Bir başqa ayədə isə təqva sahibləri üçün belə buyurulur:

 

Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir! (Hud surəsi, 49)

 

Təqva sahibi olanlar: Allah yolunda səmimi səy göstərərək nəticəsini Allahdan ümid edən, Allahın rızasından başqa bir qarşılıq gözləməyən, canını və malını Allaha satan, Allahdan şiddətlə qorxan və Allahı eşqlə sevən kimsələrdir. Haqq din əxlaqının hakimiyyəti üçün Allahın varisləri də onlardır.

 

Goründüyü kimi, Allahın hakimiyyət vədindəki əsl ölçü səmimi imandır. Tövratda nəzərdə tutulan yalnız müəyyən bir qövmdən olmaq deyil. Müsəlman olan, yəni Allaha təslim olan və Allaha şirk qoşmadan səmimi inanan kimdirsə, Tövratda bəhs edilən israiloğulları qövmü də odur. Başqa sözlə, "israiloğulları" "müsəlman (Allaha təslim olmuş)" olmağın digər adıdır. Allahın hakimiyyət vəd etdiyi birlik "Nur" surəsinin 55-ci ayəsində bildirildiyi kimi, bu xüsusiyyətlərə sahib olacaq:

 

1.Allaha iman etmək

 2.Saleh əməllər işləmək

 3.Yalnız Allaha ibadət etmək

 4.Allaha heç bir şeyi ortaq qoşmamaq

 

Allahın vəd etdiyi hakimiyyət bu cür birliyə aiddir. Yoxsa israiloğulları nəslindən olub dindar olmayan bir qövmün dünyaya hakim olması gözlənilə bilməz.

 

Digər tərəfdən şərt olaraq saf irq axtarılması da məqbul bir iddia deyil. Çünki tarix boyunca bir-birinə çox yaxın məkanlarda yaşayan nəsillərin kəskin bir şəkildə bir-birlərinə qarışmadan davam etmələri mümkün deyil. Dolayısı ilə, hz. İbrahimin oğulları olan hz. İshaq və hz. İsmailin nəsillərinin qarışmaması da imkansızdır. Nəzərdə tutulanın nəsil deyil, əqidə birliyi olduğu açıqdır.

 

Necə ki, Tövratın "Yaradılış" hissəsində hz. İshaqın oğlunun hz. İsmailin qızı ilə evləndiyi bildirilir. (Yaradılış, 28:7-10). Tövratda bildirilən bu hal nəsillərin daha əvvəldən qarışa bildiyinə açıq bir nümunədir. Qaldı ki, yaxın bölgələrdə yaşayan hz. İshaq və hz. İsmailin nəsilləri hz. İbrahimin oğulları kimi hərtərəfli qohumdurlar. Bu halda, hz. İshaqın nəslinin heç bir qarışıqlıq olmadan bu günə qədər gəldiyi, yəhudilərin də bu "saf" irqdən olduqları iddia edilə bilməz. Dolayısı ilə, din əxlaqını hakim edəcəyi xəbər verilən birlik hər hansı bir nəsil və ya irq deyil, hz. İbrahimin haqq dinini, yəni "İslam" dinini hakim edəcək olan birlikdir.

 

Həmçinin Allah Quranda bütün elçilərin tək bir nəsil olduqlarını bildirir.

 

Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!  (Ali-İmran surəsi, 33-34)

 

Allah "Ənam" surəsində də bir-birlərinin nəslindən gələn elçilərdən bəhs edir:

 

 İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir. Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da. Onların hamısı əməlisalehlərdən idi. Biz həmçinin İsmaili, Əlyəsəni, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik.  (Ənam surəsi, 82-87)

 

Bütün peyğəmbərlər bir-birinin nəslindən gəlir. Hz. Yaqubun, hz. Süleymanın və ya hz. Davudun nəslindən bəhs edilərkən hz. İbrahimin nəsli nəzərdə tutulur və hakimiyyət peyğəmbərlər nəsli olan hz. İbrahimə vəd edilir. Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) də bu mübarək nəsildəndir. Hz. Mehdi də hədislərdə ifadə edildiyinə görə bu nəsildən gəlir. Xalq arasında bu nəsildən gələnlərə "seyid" deyilir. Hz. Mehdi də seyid olacaq. Peyğəmbərimizin (s.ə.v) hədislərində mövzu ilə əlaqədar belə bildirilir:

 

Qiyamətin qopması üçün əgər bir gün belə qalmış olsa, Allah mənim əhli-beytimdən (nəslimdən) bir şəxsi (hz. Mehdini) göndərəcək. (Sünəni-Əbu Davud, 5/92)

 

Mənim əhli-beytimdən bir şəxs (hz. Mehdi) bütün dünyaya hakim olana qədər günlər və gecələr bitməz. (Ən-Nəcmus-Sakıb, Ukaylı)