Allah vədindən dönməz

Hz. Mehdinin gəlişi ibrahimi dinlərin tarixində hər zaman əhəmiyyətli bir yer tutmuşdur. Hər dinin öz müqəddəs qaynaqlarında xüsusiyyətləri, köməkçiləri, dövrünün xüsusiyyətləri və görəcəyi işlərlə ətraflı şəkildə təsvir edilən hz. Mehdinin gəlişi iman edənlər arasında müjdə səbəbidir.

 

Mehdinin (ə.s.) ortaya çıxmasının çox yaxın olduğunu isə bu əlamətlərin davamlı olaraq bir-birinin ardınca yaşanmasından anlaya bilirik. Fitnə-fəsadın, qarşıdurma və müharibələrin, əxlaqsızlıq və dinsizliyin heç bir dövrdə olmadığı qədər yayılması və sanki son nöqtəsinə çatması hz. Mehdinin çıxışının an məsələsi olduğunu göstərir. Yaşanan bütün bu mənfi hallar suyun alovu söndürdüyü kimi hz. Mehdinin çıxışı ilə sona çatacaq və Allah, şübhəsiz, möminləri "... dünyada güc və iqtidar sahibi edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərinə məskun edib sağlamlaşdıracaq". (Nur surəsi, 55)

 

Hz. Mehdi ilə eyni dövrdə dünyaya ikinci dəfə gələcək olan hz. İsa isə xüsusilə xristian və yəhudi dünyasına xitab edəcək, onları içində olduqları xurafatlardan çəkindirib Quran əxlaqını yaşamağa dəvət edəcək. Xristianların hz. İsaya tabe olması ilə islam və xristian aləmi islam inancında birləşəcək və insanlar hər üç ibrahimi dinin müqəddəs kitablarında (Quranda, Tövrat və İncildə) vəd edildiyi kimi, dünyanın hər yerinə hakim olacaq iman, sülh, etibar və rifah mühitində yaşayacaqlar.

 

Bu dəyişikliyə qarşı  mübarizə aparanlar isə qədərlərindəki məğlubiyyətə şahid olacaqlar. 

 

(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi. (Ənfal surəsi, 8) ayəsində bildirdiyi kimi, qəti şəkildə Allahın istədiyi olacaq. Din əxlaqının yayılmasına müqavimət göstərənlərin vəziyyəti Quranda belə açıqlanır:

 

Kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O, öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

 

Hz. Mehdinin vəsiləsilə imana yönələcək və onun liderliyində Qızıl əsri yaşayacaq insanlar Allahın iznilə şərəfli bir dövrə şahid olacaqlar. Bolluğu, bərəkəti, rahatlıq və hüzurlu mühiti ilə hər müsəlmanın yaşamaq istədiyi bu dövr iman edənlər üçün dünya həyatında üstün mükafatdır. Qızıl əsrdə anarxiya, terror, qarışıqlıq və düşmənçiliyin tamamilə ortadan qalxması nəticəsində yaşanacaq rahat həyatla insanlar dünyada cənnətə bənzər bir mühitə qovuşacaqlar.

 

Allahın möminlərə  bu lütfü, Quranda  "Hər kəs Allahı, Onun peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir. (Maidə surəsi, 56) ayəsi ilə bildirdiyi kimi, Rəbbimizin bir vədidir. Və digər bir ayədə belə deyilir: "... Allah vədindən geri dönməz..." (Rum surəsi, 9). Bir başqa Quran ayəsində isə Rəbbimiz belə buyurur: Şübhəsiz, sizə vəd edilən reallaşacaq. (Mürsəlat surəsi, 7)