Tövratda və digər yəhudi qaynaqlarında Mehdi (ə.s)-a işarələr

Hz. Mehdinin gələcəyinə inanmaq yəhudiliyin təməl inanc əsaslarından biridir. Yəhudilərin XII əsrdən bu günə kimi ən böyük Tövrat alimi olaraq qəbul etdikləri haham Maimoni-des (İbni-Meymun) yəhudiliyin 13 təməl inanc əsasından on ikincisini   "Məsihin (Mehdinin) gələcəyinə inanmaq" olaraq açıqlamışdır. Bu əsaslara görə, yəhudilərin "Mehdi" ilə əlaqədar inancları bu sözlərlə bildirilmişdir: "Məsihin (Mehdinin) gələcəyinə könüldən inanıram, gəlişi geciksə belə, hər gün onun gəlişini gözləyirəm".

 

Hz. Mehdinin gəlişini inkar edənlərin vəziyyəti isə yəhudilərin müqəddəs qaynaqlarından Mişnada belə açıqlanır:

 

Məsihin (Mehdinin) gələcəyinə inanmayan və ya onun gəlişini gözləməyən bir adam bütün peyğəmbərlərə qarşı gəlməklə yanaşı, Tövratı və müəllimimiz Musanı da inkar etmiş olur. (Maimonides, Mişna Tora, Kralların qanunları, 11:1)

 

Həmçinin yəhudilərin hər gün üç dəfə etdikləri "Shmoneh Esrei" adlı duada hz. Mehdinin gəlişinin yaxın olması üçün dua edilir. Bu dua din əxlaqının gərəyi olan ədalətin yenidən bərpası, əxlaqsızlığın, günahın və pisliyin sona çatması, doğruluğun hakim olması üçün hz. Mehdi arzusu ilə edilir. Kitabın bu hissəsində isə Tövratın Quran və Peyğəmbərimizin (s.ə.s.) hədisləri ilə uyğun olan hissələrində Mehdiyə (ə.s.) işarə edən qisimlərindən bəhs olunacaq.