Mehdi (ə.s)-ın çıxışı bütün müqəddəs kitablarda müjdələnir

Dünyanın sonundan əvvəlki dövr, yəni "axır zaman" Allahın bütün müqəddəs kitablarında bildirdiyi bəzi əlamətləri ehtiva edir. Fitnə və qarışıqlığın ən çox yayıldığı, din əxlaqından uzaqlaşmanın və qarışıq həyatın çox qabarıq şəkildə yaşandığı  bu xüsusi dövrdə Rəbbimiz "hidayət verici" sifəti ilə hz. Mehdini göndərəcək. Allahın bu əhəmiyyətli vəzifə üçün göndərdiyi hz. Mehdi imanındakı səmimiyyət, güclü Allah sevgisi və qorxusu ilə bütün dünyanın hidayətinə vəsilə olacaq. Allahın diləməsi ilə hz. Mehdi qədərində olan bu üstün vəzifədə müvəffəq olacaq və din əxlaqını bütün dünyaya hakim edəcək. 

Bu səbəblə, hz. Mehdinin zühuru dünya tarixinin ən böyük hadisəsidir və bu böyük hadisəyə bütün  müqəddəs kitablarda işarə edilir. Hz. Mehdinin gəlişi yalnız peyğəmbər (s.ə.s.) zamanından deyil, minlərlə ildən bu yana bilinən və gözlənilən bir müjdədir. Peyğəmbərimiz (s.ə.s.) hədislərində Allahın vəhyi olan bütün kitablarda hz. Mehdinin zühurunun xəbər verir:

Naim buyurdu ki: Mən hz. Mehdini (ə.s.) peyğəmbərlərin suhufunda (səhifələrdə; Adəm, Şit, İdris və İbrahim peyğəmbərlərə endirilən səhifə şəklindəki kitablarda) belə tapıram: "Hz. Mehdinin (ə.s.) əməlində nə zülm, nə də eyib yoxdur". (Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axır zaman, səh. 21)

Peyğəmbərlərə dair kitablarda "Hz. Mehdinin (ə.s.) işi zülm və pislik deyil" şəklində ifadələr vardır. (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, səh. 49)

İbni Münavi deyir ki: "Danyalın (ə.s.) kitabında belə yazılıb: "Hz. Mehdi (ə.s.) çıxacaq və Allahu-təala daha əvvəl fəsada düçar olanları və iman əhlini onunla qurtaracaq. Sünnələr onunla canlandırılacaq."". (Bu hədis "Kitabül-bürhan fi əlamətil-Mehdiyyil-axır zaman adlı kitabın Süleymaniyyə kitabxanasında olan nüsxəsində mövcuddur.)

Bu hədislərdən aydın olur ki, Mehdi mövzusu bütün haqq dinlərin kitablarında yer  almışdır. Tövrat və İncildə də hz. Mehdinin gələcəyi, xüsusiyyətlərinin nə olacağı, fəaliyyətləri və vəsiləsi ilə həyata keçəcək din əxlaqının hakimiyyət dövrü minlərlə il əvvəldən bildirilmişdir. Hər nə qədər hazırkı dövrdə təhrif olunmuş halları olsa belə, Tövrat və İncilin pozulmadan qaldığına hüsnü-zənn etdiyimiz hissələrinin Quran ayələri və Peyğəmbərimizin (s.ə.s.) hədisləri ilə uyğun olduğunu görürük.

Allahın vəhyi olan kitablarda minlərlə il əvvəldən hz. Mehdinin çıxışı ilə əlaqədar təriflərin olması, bu hadisənin çox əhəmiyyətli olduğunun bir başqa dəlilidir. Axır zamanda, qiyamətə yaxın bu dövrdə Allahın son xəbərdar edici və müjdə verici olaraq göndərdiyi elçisi hz. Mehdinin xüsusiyyətlərini və fəaliyyətlərini bilmək son dərəcə əhəmiyyətlidir. Həmçinin bu həyati mövzudan hər kəsi xəbərdar etmək və bu mübarək şəxsin mənəvi yardımçısı olmaq bütün iman edənlərin üzərinə  düşən əhəmiyyətli bir vəzifədir.